Qalib İmanov
Qalib Gəncəvi oğlu İmanov (8 avqust 1974, Qoşabulaq, Vardenis rayonu) — Tibb üzrə fəlsəfə doktoru (11 aprel 2012)[1], invaziv və pediatrik kardioloq, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında Kardiologiya şöbəsinin müdiri[2].
Qalib İmanov | |
---|---|
azərb. İmanov Qalib Gəncəvi oğlu | |
Doğum tarixi | 8 avqust 1974 (49 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi |
|
İş yerləri |
|
Təhsili |
Həyatı
Qalib İmanov 8 avqust 1974-cü ildə Göyçə mahalının Qoşabulaq kəndində anadan olub. 1977-ci ildə ailəsi ilə birlikdə Zaqatala rayonuna köçmüşdür. 1981-ci ildə Zaqatala şəhər Şıxəli Qurbanov adına 3 saylı orta məktəbin I sinfində təhsil almağa başlamış və 1991-ci ildə həmin orta məktəbi medalla bitirmişdir[3].
1992-ci ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsinə daxil olmuş, 1998-ci ildə ali təhsilini başa vurmuşdur[2]. 1998–1999-cu illərdə 1 saylı Bakı Şəhər Kliniki Xəstəxanasında həkim-interna olaraq "Anestezoloq-reanimotoloq" ixtisasına yiyələnmişdir[4].
Qalib İmanov 1999–2001-ci illərdə Azərbaycan Səhiyyə Nazirliyi C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun "Reanimasiya və İntensiv Terapiya şöbəsi"ndə həkim-reanimotoloq işləmişdir. Həmçinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda klinik ordinator olaraq fəaliyyət göstərmişdir[2].
2001–2009-cu illər ərzində Mərkəzi Klinik Xəstəxanada "Ürək Mərkəzi"nin Kardiologiya bölümünün həkimi işləmişdir[1]. 2009-cu ildən 2014-cü ilə qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalının "Kardiologiya şöbəsi"ndə invaziv kardioloq və pediatrik kardioloq olaraq fəaliyyət göstərib[2].
Qalib İmanov Ukrayna Tibb Elmləri Akademiyasının M.D.Strajeska adına Kardiologiya İnstitutunda "Ürək çatışmazlığı və exokardioqrafiya" üzrə kurs (18 fevral 2000 – 18 aprel 2000), Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Koşu Yolu Ürək Elmi Araşdırma Mərkəzində İnvaziv Kardiologiya üzrə (1 may 2002 – 28 iyun 2002), Bursa şəhərinin Uludag Universitetində İnvaziv Kardiologiya kursu (3 noyabr 2003 – 28 yanvar 2004) və həmin universitetdə Pediatrik Kardiologiya kursu (12 sentyabr 2006 – 8 dekabr 2006) keçmişdir[2].
2009-cu ilin mart ayında Azərbaycan Tibb Universitetinin I Daxili Xəstəliklər və Reanimasiya kafedrasının assistenti olub. 11 aprel 2012-ci ildə Tibb üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür[2].
50-yə qədər elmi məqaləsi yerli və xarici jurnallarda çap olunmuşdur.
2014-cü ildən hal-hazıra qədər Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında İnvaziv və pediatrik Kardioloq, Kardiologiya şöbəsinin müdiri olaraq fəaliyyət göstərir[2].
İstinadlar
- "Kardioloq T.e.f.d. Dr.Qalib İmanov". MediStyle Hospital (az.). medistyle.az. 2014. 2014-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-30.
- "Həkimlər: Qalib İmanov". DoctorMap (az.). doctormap.az. 2014. İstifadə tarixi: 2014-10-30.
- Ziyəddin Məhərrəmov, "Unudulmaz sazlı-sözlü yurdumuz". Bakı, Çaşıoğlu, 2001.
- "Dr. Qalib İmanov". DOCDOC.AZ (az.). docdoc.az. 2014. 2014-05-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-30.
Xarici keçidlər
- ""Ürək Mərkəzi", Kardiologiya bölümü" (PDF). Mərkəzi Klinik Xəstəxana (az.). merkeziklinika.az. 2009. 2011-06-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-10-30.
- ATU TCK. Qalib İmanov. Koronar angioqrafiya nədir və necə icra olunur?. Video Reportaj. — YouTube saytı