Qalayxudat

Qalayxudat[1]Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.

Qalayxudat
41°12′02″ şm. e. 48°10′55″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 404 (2009) nəfər
Rəsmi dili
Qalayxudat xəritədə
Qalayxudat
Qalayxudat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

  • Qalayxudat kəndi Quba rayonunun dağlıq ərazisində yerləşən qədim yaşayış məskənidir.

Toponimikası

Qalayxudat oyk., miir. Quba r-nunun Xınalıq i.ə.v.-də kənd. Qudyalçayın sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Bu ad ilk dəfə XVI əsrə aid mənbədə xatırlanır. Fars dilinin qrammatik normalan əsasında yaranmış Qalaye-Xudat formasından təhrifdir. Fars dilindəki qala (“ye” izafət göstəricisidir) və xudat (“hakim, hökmdar” qədim mənası “Allah”) sözlərindən ibarət olub, “hökmdar qalası, hakim qalası” məna¬sını bildirir. Quba xanlığının ilk iqamətgahı olmuşdur.[2]

İqtisadiyyatı

Kənddə məskunlaşmış əhalinin çox böyük əksəriyyəti hazırda qışlaq və yaylaq şəraitindən istifadə etməklə heyvandarlıqla məşğul olur. Onlar ilin bir yarısını qışlaqdа, digər yarısını isə yaylaqda keçirməyə adət edib. Hər il oktyabrın 1-dən 15-dək qoyun sürülərini qışlağa endirir, may ayının 1-15-i arası isə yaylağa çıxarırlar.

Turizm

Kənd ərazisində dağ turizminin müxtəlif növlərinin inkişafı üçün böyük imkanlar var. 2013-cü ildə kənd yaxınlığındakı Kam dağlıq massivinin tədqiqi nəticəsində şimal yamacda boulderinq (qayayadırmanma) üçün perspektivi olan qaya divarları (200 m) aşkar olunmuşdur. Qalayxudat və Qrız kəndlərini birləşdirən yolun kənarında geniş, enli qaya divarı da böyük əhəmiyyət daşıyır. Qayaların hündürlüyü 15–20 m-ə yaxındır, ətəklərdə çadır düşərgələri salmaq üçün yerlər var.[3]

Əhalisi

  • 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 404 nəfər yaşayır.[4]

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.