Qalaktika mühafizəçiləri (2008)
Qalaktika mühafizəçiləri (ing. Guardians of the Galaxy) – Marvel Comics nəşriyyatı tərəfindən 2008-ci ildə yaradılmış kosmik superqəhrəman komandası. Komanda Den Abnett və Endi Lenninq tərəfindən yaradılmış və ilk üzvləri Ulduz lordu, Reaktiv yenot, Adam Uorlok, Qamora, Dağıdıcı Draks, Kvasar olmuşdur.
Qalaktika mühafizəçiləri | |
---|---|
"Guardians of the Galaxy" cild 2, #1 (may 2008) | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi | "Annihilation: Conquest" #6 (aprel 2008) |
Yaradan | Den Abnett (yazıçı) Endi Lenninq (rəssam) |
Hekayə məlumatı | |
Baza | Nauvere |
Üzvlər | Hazırkı üzvlər Dağıdıcı Draks Qamora Qrut Qarışqa-adam Ulduz lordu Reaktiv yenot |
Tam siyahı | |
Bax: Qalaktika mühafizəçilərinin üzvlərinin siyahısı |
Qalaktika mühafizəçiləri ilk dəfə "Annihilation: Conquest" komiksinin 6-cı sayında peyda olmuşdur. 2014-cü ildə MKK-ya daxil olan film adaptasiyası çəkilmiş və böyük uğur qazanmışdır. 2017-ci ildə filmin sikveli buraxılmışdır. Qalaktika mühafizəçiləri bu ada sahib 2-ci komandadır. Orijinal komanda 1969-cu ildə Cin Kolan və Arnold Dreyk tərəfindən yaradılmışdır.
Nəşrolunma
Hazırkı müasir komanda 2008-ci ilin mayında Den Abnett və Endi Lenninq tərəfindən yaradılmış və ilk dəfə "Annihilation: Conquest" hekayəsində peyda olmuşdur. Başlıq həmçinin "Nova" cild 4 ilə paralel irəliləmişdir (bu komiks də eyni yazıçı və rəssam tərəfindən yazılmışdır). Komiks 2010-cu ilin aprelində 25 sayla ləğv olunmuşdur.
Komanda "Avengers Assemble" #4–8 (iyun–oktyabr 2012) saylarında yenidən birləşmişdir.
Komanda "Marvel NOW!" zamanı da yeni seriyaya qovuşan komikslərdən biri oldu. Əvvəlki Mühafizəçilərlə yanaşı Dəmir adam da komandaya qoşulmuşdur. Daha sonra Casus Venom, Kapitan Marvel və Ancela komandanın tərkibinə qatılanlar oldular. Film adaptasiyasından sonra Ulduz lordu, Qrut və Reaktiv yenot üçün solo komikslər buraxıldı.