Qalacıq (İsmayıllı)

QalacıqAzərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.

Qalacıq
40°57′33″ şm. e. 48°03′09″ ş. u.
Ölkə  Azərbaycan
Rayon İsmayıllı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 1.689 nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3117[1]
Qalacıq xəritədə
Qalacıq
Qalacıq

Tarixi

Qalacıq İsmayıllı rayonundan 30 km Şimal Qərbdə dağ ətəyində yerləşir. Əhalisi əkinçilik, taxılçılıq, tütünçülük, meyvəçilik və heyvandalıqla məşğul olur. Kənddə orta məktəb, kitabxana, xəstəxana vardır. Qalacıq yaxınlığında çayın sahilində 9-14 əsrlərə aid Qasımxan qalası xarabalıqları mövcuddur. Kənd eyniadlı turizm zonasında yerləşir. «Qasımxan» qalasının qalıqlarını görmək üçün kənddən qalaya qədər olan 8 km məsafənin 5 km-ni avtomobillə, 3 km-ni isə piyada və ya atla getmək olar. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə il boyu fəaliyyət göstərən yeməkxana vardır. İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutu kənddən keçir. Kəndə il boyu avtomobillə getmək olar.[2]

Kənd müəyyən tarixi abidələrilə fərqlənir. Bunlardan biri Qalacıq yaxınlığında Səngər çayının sahilində IX-XIV əsrlərə aid olduğu ehtimal olunan “Qasım xan” qalası, yerli əhali içərisində “Səngər qalası” adlanan qalanın xarabalıqlarıdır. Qalanın kim tərəfindən tikilməsi məlum deyil. Sadəcə o məlumdur ki, qala müdafiə istehkamı xarakteri daşımışdır. XVIII-ci əsrin sonlarında Şamaxı xanı Mustafa xanla əmisi Qasım xan arasında baş verən ədavət zamanı Qasım xan dağ yolları ilə hal-hazırda xarabalıqları mövcud olan Səngər qalasına gəlmiş və buranı bərpa etdirmişdir. Kəndin yuxarı hissəsində yerləşən və xalq arasında “Pirdavud” adlanan qəbiristanlıq dövlət tərəfindən qorunur.[3]

Əhalisi

Əhalisi ləzgilərdən ibarətdir. Rayonun şimal-qərb istiqaməində sonuncu yaşayış məntəqəsi olan Qalacıq kəndinin əhalisi 1689 nəfərdir ki onunda 818 nəfəri kişi, 871 nəfəri qadındır.Əhali əsasən bağçılıq, bostançılıq, taxılçılıq və heyvandarlıq, xalçaçılıqla məşğul olur.

Tanınmışları

  • Füzuli Əhmədov — texnika elmləri namizədi (2006), "Azərsu" ASC-nin "Sukanal" ET və Lİ-nin böyük elmi işçisi.
  • Şəfiyev Çingiz Nəsurullah oğlu — sovet dövründə general.
  • Şəfiyev Sabir Nəsurullah oğlu
  • Şəfiyev İsfəndiyar Əsəd oğlu — hüquqşünas.
  • Sədiyar Rəhimov — BDU Fizika Problemləri İnstitutunda direktor.
  • Rəhimov Valeh — həkim cərrah.
  • Çırıyev Namiq Zeynəddin oğlu —ilahiyyatçı, ərəbşünas.
  • Rəhimov Rəvan Abdullətif oğlu — kimya elmlər doktoru.
  • Rəsulov Tural Nəbi oğlu

Şəhidləri

  1. Xanlar Faiz oğlu Abdullayev 1973-25.04.1994[4]
  2. Tariyel Bayram oğlu Xanadanov 1960-09.04.1993[4]
  3. Eminov Şahin Şakir oğlu 1979-1999.02.28

Qalereya

İstinadlar

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Kəndlərimiz
  3. "Arxivlənmiş surət". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-24.
  4. Qarabağ müharibəsində şəhid olmuş İsmayıllı övladları — ismayilli.cls.az saytı
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.