Qala Gölü Milli Parkı
Qala Gölü Milli Parkı (türk. Gala Gölü Milli Parkı) ― 5 mart 2005-ci ildə qurulmuş, Türkiyənin Mərmərə regionundakı Ədirnə ilində yerləşən milli park.[3]
Qala Gölü Milli Parkı | |
---|---|
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | |
Yaradılma tarixi | 2005 |
Yerləşməsi | |
40°45′15″ şm. e. 26°13′53″ ş. u. | |
Ölkə | |
Yerləşməsi | Ədirnə ili |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Milli park Pamuklu gölü və Kiçik Qala gölündən ibarət bir ərazini əhatə edir.
1991-ci ildə bölgədəki 2 369 hektarlıq ərazi təbiət qoruğu elan edildi. 2002-ci ildə Ədirnədəki Trakya Universitetindən olan bioloqlar göllərin kənd təsərrüfatında istifadə edilən pestisid tullantıları və gübrə ilə çirklənməsi, həmçinin nəzarətsiz balıqçılıq fəaliyyəti və qırğın səviyyəsinə çatan quş ovçuluğu səbəbi ilə qorunan ərazinin milli park statusu almasını tələb etdilər.[4] 2005-ci ildə mühafizə olunan ərazi 6 090 hektara qədər genişləndirildi və milli park stausu verildi. Qala Gölü Milli Parkının ərazisinin 3 090 hektarında bataqlıq, göl, 3 00 hektarında isə meşə ekosistemi formalaşmışdır. Park müxtəlif bitki və heyvan növləri üçün bir yaşayış yeridir. [3][5] Qorunan ərazi Ətraf Mühit və Meşə Nazirliyinin Təbiəti Qoruma və Milli Parklar Ümumi Müdirliyi (türk. Doğa Koruma ve Milli Parklar Genel Müdürlüğü) tərəfindən idarə olunur.
Milli park Maritsa deltası ilə birlikdə Ramsar sahəsi olaraq siyahıya alınmışdır.[5]
Fauna
Quşlar
Park quş cinsləri ilə kifayət qədər zəngindir. Bölgədə 45 000 quş var.[6] Ərazidə 163 quş növü müşahidə olunur ki, bunlardan 46-sı daimi, 27-si qış və 90-ı yay köçəri quşlarıdır. Quş növlərinin əksəriyyətini birlikdə müşahidə etmək üçün ən yaxşı vaxt yazda aprel-may, payızda isə sentyabr və oktyabr aylarıdır.[7][8]
2018-ci ilin fevral ayında hər il köç edən ördəklər, qazlar və Cygnus buccinator-dan əlavə mülayim qış səbəbi ilə göldə qışlamaq üçün raziyə ilk dəfə on minə yaxın flaminqonun gəldiyi bildirildi.[6]
Balıq
Parkdakı iki göldə 16 balıq cinsi var.[9] Bunlardan ilanbalığı (Anquila, L.), Stizostedion lucioperca L., çəki (Cyprinus carpio L.) və adi durnabalığı (Esox lucius) yüksək iqtisadi dəyərə malikdir.[7]
İstinadlar
- decree.
- (unspecified title). 2020.
- "Gala Gölü Milli Parkı" (türk). Doğa Koruma ve Milli Parklar Genel Müdürlüğü. 2013-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-17.
- "Gala Gölü milli park olsun". Hürriyet (türk). 2002-07-28. İstifadə tarixi: 2015-05-17.
- "Gala Gölü Milli Parkı" (türk). Doğa Koruma ve Milli Parklar Genel Müdürlüğü. 17 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 November 2020.
- Şahin, Hakan. "Gala Gölü'nün pembe tüylü misafirleri göçü bekliyor". Anadolu Xəbər Agentliyi (türk). 13 February 2018. 17 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 November 2020.
- "Gala Gölü Milli Parkı" (türk). Orman ve Su İşleri Bakanlığı-III. Şube Müdürlüğü- Edirne Şube Müdürlüğü. 2018-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-17.
- "Gala Gölü Milli Parkı Kuş Türleri" (türk). Orman ve Su İşleri Bakanlığı-III. Şube Müdürlüğü- Edirne Şube Müdürlüğü. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-17.
- "Gala Golunde Tespit Edilen Balık Turleri ve Bunların Mahalli Adları:" (türk). Orman ve Su İşleri Bakanlığı-III. Şube Müdürlüğü- Edirne Şube Müdürlüğü. 2015-09-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-17.