Qala Əntiq Əşyalar Muzeyi
Qala Əntiq Əşyalar Muzeyi - Qala Dövlət Tarix Etnoqrafiya qoruğunun ərazisində Heydər Əliyev Fondu tərəfindən yaradılıb. 2010-cu ilin iyununda muzeyin tikintisinə başlanıb və tikinti 2011-ci ildə başa çatıb[1]. Prezident İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci il sentyabrın 7-də Muzeyin açılışında iştirak ediblər. Muzeydə 800 eksponat nümayiş etdirilir. Azərbaycan xalqının əsrlər boyu yaratdığı müxtəlif dekorativ-tətbiqi sənət inciləri üçmərtəbəli binanın birinci və ikinci mərtəbələrində, üçüncü mərtəbədə isə respublikamızın müxtəlif regionlarından yığılmış, Avstriya, ABŞ, Almaniya, İngiltərə, İran, Rusiya, Fransa, Belçika, Özbəkistan, Türkiyə, Polşa və digər ölkələrdə istehsal edilmiş, qədim zamanlardan xalqımızın məişətinə daxil olmuş əşyalar sərgilənir.[2] İnzibati otaqlar, suvenirlər bölməsi və təmir-bərpa emalatxanası, konfrans zalı, binanın birinci mərtəbəsində fəaliyyət göstərir. Aşkar olunan qədim əşyalar məhz bu emalatxanada bərpa edilir. Muzeyin sahəsi 260 kv/m təşkil edir[3].
Qala Əntiq Əşyalar Muzeyi | |
---|---|
Əsası qoyulub | 2011 |
Mövzu | Tarix |
Yerləşir | Sülh, 83, Bakı, Xəzər, AZ1046 |
Kolleksiyası | 800 eksponat |
Telefon | (+994 12) 459-14-37 |
İş rejimi | (II – VII) 10:00 – 18:00 |
Xarici keçidlər
- Qalareya Arxivləşdirilib 2020-02-02 at the Wayback Machine
- "QALA" DÖVLƏT TARİX-ETNOQRAFİYA QORUĞU
- Kataloq.az
İstinadlar
- "Azərbaycan muzeyləri". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-21.
- "Heydər Əliyev Fondu". 2017-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-21.
- "Qala Əntiq Əşyalar Muzeyi". 2020-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-20.