Qala-i Cəngi
Qala-i Cəngi (Daricə/Puştuca: قلعهِ جنگی, İngiliscə: Qala-i-Jangi) — Əfqanıstanda Məzari-Şərifin şimalında yerləşən XIX yüzilliyə aid divarları palçıqdan hörülmüş qala.
Qala-i Cəngi | |
---|---|
36°40′ şm. e. 66°59′ ş. u. | |
Ölkə | |
Yerləşir | Bəlx vilayəti |
Vikianbarda əlaqəli mediafayllar |
Hərbi qərargah dövrü
ABŞ-nin Əfqanıstana hücumundan sonra qala Rəşid Dostumun başçılıq etdiyi Şimal İttifaqının hərbi qərargahına çevrildi. Hərbi qərargahın bir hissəsi isə ABŞ MKİ-nin əməkdaşlarının məhkumları sorğulaması üçün ayrıldı.
Qala-i Cəngi döyüşü
Qala daha çox 2001-ci ilin 25 noyabr tarixindən 1 dekabr tarixinə kimi davam edən «Qala-i Cəngi döyüşü» adlı üsyanla tanınır. Həmin vaxtı hərbi qərargah kimi istifadə edilən Qala-i Cəngiyə yerləşdirən təslim olmuş 470 nəfərlik çoxu ərəb, çeçen, özbək, pakistanlı döyüşçülərdən ibarət olan və aralarında bir nəfər Azərbaycan vətəndaşının da olduğu əsasən xarici ölkə vətəndaşlarından ibarət dəstə üzvləri ilə nəzarətçilər arasında çıxan qarşıdurmada 1 MKİ əməkdaşı və 300-dən çox məhbus həlak olmuşdur. Həlak olan məhbusların çoxusunun əlləri-qolları bağlı vəziyyətdə olub.
Sağ qalan 86 nəfərin sağ qalmasına səbəb isə onların tikililərdən birinin zirzəmisində gizlənməsi və beləliklə də bombardman və gülləbarandan canlarını qurtarmaları olmuşdur. Sağ qalanlar arasında Azərbaycan vətəndaşı Polad Siracov da var idi.
Bu hadisənin xarici döyüşçülərin birdəfəlik təmizlənməsi üçün təşkil edilməsi kimi versiyalar var. Sağ qalan xarici döyüşçülər sonradan əsasən Quantanamo həbs düşərgəsinə yerləşdirildi.