Qalaçay
Qalaçay — Oğuz rayonu ərazisində çay.
Qalaçay |
---|
Haqqında
Qalaçay Türyançayın sağ qoludur. Mənbəyini Malqamut dağının cənub yamacından (2700 m. yüksəklikdən) alır, Filfilli kəndi yaxınlığında çoxlu qollara ayrılır və bu qolların bəziləri Nəzər çayı ilə birləşir. Çayda güclü sel hadisələri baş verir. Ağçay, Filfilçay, Xaçmazçay da adlanır. Çay adını yaxınlıqdakı qalanın adından almışdır.
Mənbə
- Azərbaycan toponimlərinin izahlı lüğəti. Bakı, 2007.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.