Qal Qadot
Qal Qadot Varsano (ing. Gal Gadot Varsano; ivr. גל גדות; 30 aprel 1985[1], Petah-Tikva, İsrail[2]) — İsrailli aktrisa, istehsalçı və maneken. 30 aprel 1985-ci ildə Petax-Tıkvada anadan olmuşdur. 18 yaşında Miss Israel yarışmasında qələbə qazanmışdır. 2 il müddətində İsrail Silahlı Qüvvələrində məcburi hərbi xidmət keçmişdir. Forsaj film seriyasında canlandırdığı Qisili Yaşar və DC Comics filmlərində canlandırdığı Ecazkar Qadın rolları ilə tanınır.
Qal Qadot | |
---|---|
ivr. גל גדות | |
Doğum adı | גל גדות |
Doğum tarixi | 30 aprel 1985[1] (38 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktrisa, model[d], gözəllik müsabiqəsi iştirakçısı, fotomodel[d], film prodüseri, beauty pageant winner[d], teatr aktrisası, televiziya aktrisası, gözəllik müsabiqəsi iştirakçısı, səsləndirmə aktrisası[d], brand ambassador, celebrity branding[d], runway model[d], Soldiers of the Israel Defense Forces[d] |
Fəaliyyət illəri | 2004-cü ildən |
Təhsili |
|
Boyu | 178 sm[4][5] |
Üzvlüyü |
|
IMDb | ID2933757 |
galgadot.com | |
Vikianbarda əlaqəli mediafayllar |
2004-cü ildə Miss Israel (İsrail Gözəli) seçilərək həmin il Miss Universe-də (Kainat Gözəllik Yarışması) İsraili təmsil etmişdir. Ardınca iki il İsrail Silahlı Qüvvələrində savaş müəllimi olaraq əsgərlik etdi. Modellik və aktrisalıq karyerasına başlamadan əvvəl IDC Herzliya-da universitet təhsilinə başladı.
2018-ci ildə Time jurnalı Qadotu dünyanın ən təsiredici 100 şəxsindən biri olaraq seçdi və dünyanın ən baha aktrisaları arasında yer aldı.[6][7]
Həyatı
Qal Qadot İsrailin Petax-Tıkva şəhərində anadan oldu və Roş-Hayin şəhərində böyüdü.[8] Adının mənası ivritcə "dalğa", soyadı isə "göl sahili" mənasını verir. Anası və atası İsraildə doğulsalarda,[8] keçmiş ataları Avropadan köçmüş yəhudilərdir. (Qal Qadot ailəsinin keçmişindən danışanda ailəsinin 1/4 polyak, 1/4 avstraliyalı, 1/4 alman və 1/4 çex olduğunu deyir.)[9]
İsrail Silahlı Qüvvələrində əsgər olaraq iki il xidmət etmişdir. Özündən danışanda "Məncə Castin Linin diqqətini çəkməyimin səbəbi orduda xidmət etməyim və Linin silahlar haqqındakı məlumatımı istifadə etmək istəməsidir." deyir.[8] Forsajdakı rolundan danışanda "Güclü qadınılar üçün lazımı qədər rol yoxdur. Daha çox qadın ssenarist olmağını istəyirəm. Günümüzdəki filmlərdə gördüyümüz çox qadın rolu "qəlbi qırılmış yazıq qızlar"dır. Forsajdan buna görə qürur duyuram. Özümü Gisili kimi hiss etdirir."[10]
Karyerası
Model
2008-ci ildən bu yana Castronun öndə gedən modellərindən biridir. Bundan başqa Captain Morgan, Vine Vera və Jaguarın beynəlxalq kampaniyalarında yer aldı. Cosmopolitan, Bride Magazine və FHM-də baş səhifədə yer almışdır. 2013-cü ildə modellikdən qazandığı pul milyon şekelə çatmışdı. Esti Qizburq, Liraz Dror və Şiloh Malka kimi məşhurlardan irəlidə olmasına baxmayaraq böyük fərqlə Bar Rafaelidən geridə qaldı.[11]
19 yaşında 2004 İrail Gözəllik Yarışmasına qatılıb qazandı. Ardınca İsraili təmsil etmək üçün Miss Universe-yə qatıldı. Amma ilk 15 içərsində yer tuta bilmədi. 19 yaşında İsrail Ordusunda xidmətə başladı. Orduda xidmət etdiyi müddətdə model olaraq da işlədi.[12] Sonradan başladığı universitetdə hüquq oxuyarkən Quantum of Solace-də yer alacaq Bond qızı "Kamilli Montis" rolu üçün edilən seçimlərə dəvət edildi. Bunun sonunda isə aktyor idarəçisi tərəfindən Forsaj 4 filmi üçün seçildi. 2007-ci ildə Maxim-də "İsrail ordusundakı qadınlar" mövzulu işlərdə yer aldı. 2012 aprel ayında Shalom Life-də yayımlanan "Dünyadakı ən bacarıqlı və möhtəşəm 50 yəhudi qadın" siyahısında model Bar Rafaeli və aktrisa Yeva Qrindən sonra 5-ci yeri tutdu.[13]
Aktrisa
2008-ci ildə İsrail serialı olan Bubot-da yer aldı. Altı aktyoru geridə saxlayaraq Forsajın dördüncü filmində Qisili Yaşar rolunu canlandırdı.[14] 2010-cu ildə Gecə və Gündüz filmində kiçik rol aldı.[15] 2011-ci ildə Forsaj 6-da təkrar rol aldı və rolu üstü bağlı formada öldürüldü. DC Comics 2013 dekabr ayında Qal Qadot ilə Betmen Supermenə qarşı: Ədalətin şəfəqi filmində və gələcək davam filmləri içində yer alacaq Ecazkar Qadın rolu üçün müqavilə imzaladıqlarını açıqladı.[16][17][18]
Yarışmalar
İl | Yarışma | Nəticə |
---|---|---|
2004 | Miss Israel 2004 | Qazandı |
2004 | Miss Universe 2004 | İştirakçı |
Şəxsi həyatı
Forsajın çəkilişləri davam edərkən 28 sentyabr 2008-ci ildə israilli iş adamı və əmlakçı Ceron Varsano ilə evləndilər.[19] 2011 noyabr ayında Alma adlı qızı oldu. 2017-ci ildə isə 2 qızları anadan oldu.
Qadot və həyat yoldaşı Varsano Təl-Əvivdə şirkətinə kömək etdiyi bir butik hotelə sahibdi.[20] Otellərini 2015-ci ildə 26 milyon dollara Roman Abramoviçə satdılar.[21]
Qadot 2014 İsrail-Qəzza savaşı vaxtında Facebook-da özünün və qızının İsrail Silahlı Qüvvələrinə dəstək üçün dua etdiyi şəkilini paylaşdı. Sürətli formada 200 mindən çox bəyənmədən başqa həm dəstək həm də tənqid dolu 15 mindən çox rəy aldı.[22][23]
"İsrailli vətəndaşlarıma sevgilərimi və dualarımı göndərirəm. Xüsusilə qadınların və uşaqların arxasında qorxaq kimi gizlənən Həmasın etdiyi qorxunc hərəkətlərə qarşı ölkəmi qorumaq üçün canlarını riskə atan bütün qız və oğlan uşaqlara… Biz buna qalib gələcəyik!!!
Qadot 12 may 2021-ci ildə 2021 Fələstin-İsrail savaşları zamanı ana vətəni İsrailə dəstəyini ifadə etdiyi və Fələstindən adından çox "qonşu" olaraq bəhs etdiyi üçün tənqid edilən İnstagram açıqlaması etdi.[24]
Filmoqrafiya
Film
İl | Ad | Rol | Qeyd |
---|---|---|---|
2009 | Forsaj 4 | Gisele Yashar | |
2010 | Çılğın Gecə | Natanya | |
2010 | Gecə və Gündüz | Naomi | |
2011 | Forsaj 5: Rio Soyğunu | Gisele Yashar | |
2013 | Forsaj 6 | Gisele Yashar | |
2014 | Kicking Out Shoshana | Mirit Ben Harush | İsrail Filmi |
2016 | Günahlı | Jill Pope | |
Kod 999 | Elena Vlaslov | ||
Keeping Up with the Joneses | Natalie Jones | ||
Betmen Supermenə qarşı: Ədalətin Şəfəqi | Diana Prince / Wonder Woman | ||
2017 | Ecazkar Qadın (film) | ||
Ədalət Birliyi Bölüm 1 | |||
2018 | Ralph və İnternet | Shank (ses) | |
2019 | Between Two Ferns: The Movie | Kendisi | Cameo |
2020 | Ecazkar Qadın 1984 | Diana Prince / Wonder Woman | |
2021 | Qırmızı Bildiriş | ||
Forsaj 9 | Gisele Yashar | Arxiv görüntələr | |
2022 | Nildə Ölüm | Linnet Ridgeway-Doyle |
Televiziya
İl | Ad | Rol | Qeyd |
---|---|---|---|
2007 | Bubot | Miriam "Merry" Elkayam | |
2009 | Entourage | Lisa | Bölüm: "Amongst Friends" |
2009 | The Beautiful Life | Olivia | Bölüm: "The Beautiful Aftermath"
"The Beautiful Lie" "The Beautiful Triangle" |
2011 | Asfur | Kika | 7 bölüm |
2012 | Eretz Nehederet | Özü | Bölüm: "Mövsüm 9, Bölüm 7" |
2017 | Saturday Night Live | Özü (aparıcı) | Bölüm: "Gal Gadot / Sam Smith" |
2018 | Simpsonlar | Özü (səsləndirmə) | Bölüm: "Bart's Not Dead" |
2019 | 2019 Eurovision Şarkı Yarışması | Özü | Qonaq |
İstinadlar
- Gal Gadot // Munzinger Personen (alm.).
- Deutsche Nationalbibliothek Record #115990975X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- https://www.ynet.co.il/articles/0,7340,L-3868197,00.html.
- http://colchide.com/es/people/gal-gadot-ses-mensurations-sa-taille-son-poids/.
- גל גדות (ivr.). 2010.
- "Gal Gadot: The World's 100 Most Influential People". Time. 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-07.
- "Scarlett Johansson is world's best-paid actress, Forbes says". 16 avq 2018. 2018-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-31 – www.bbc.com vasitəsilə.
- "Chatting With 'Fast Five' Star Gal Gadot – The Shmooze – Forward.com". web.archive.org. 18 apr 2015. Archived from the original on 18 April 2015. İstifadə tarixi: 31 January 2022.
- קדמי, סיון. "גל גדות". 1 apr 2010. 8 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 April 2022 – www.ynet.co.il vasitəsilə.
- "Gal Gadot – the stndrd". web.archive.org. 1 sen 2014. Archived from the original on 2014-09-01. İstifadə tarixi: 2022-01-31.
- "Arxivlənmiş surət". 2015-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-31.
- "Arxivlənmiş surət". 2013-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-31.
- "Top 50 Hottest Jewish Women (10-1) – Page2 – Shalom Life". web.archive.org. 27 iyl 2013. Archived from the original on 2013-07-27. İstifadə tarixi: 2022-01-31.
- Staff, I. G. N. "New Furious Babe". IGN. 4 mar 2008. 7 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 April 2022.
- "Arxivlənmiş surət". 2015-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-31.
- "Hero Complex". Los Angeles Times. 2016-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-07.
- Begley, Chris. "Gal Gadot signed a 3 movie deal as Wonder Woman (video)". Batman News. 22 yan 2014. 2018-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-07.
- Kroll, Justin; Kroll, Justin. "'Wonder Woman' Gal Gadot Signs Three-Picture Deal with Warner Bros". 23 yan 2014. 2014-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-07.
- "Yaron Varsano is Gal Gadot's Husband (Bio, Wiki)". https://dailyentertainmentnews.com/. 2022-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-07.
- "The Goody Pet – Because Every Pet Deserves More". www.thegoodypet.com. 2007-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-07.
- "Roman Abramovich buys Tel Aviv hotel – Globes". en.globes.co.il. 13 apr 2015. 15 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 April 2022.
- "Wonder Woman Gal Gadot on Israel-Gaza: Israeli actress's pro-IDF stance causes controversy | The Independent | The Independent". web.archive.org. 6 okt 2020. Archived from the original on 2020-10-06. İstifadə tarixi: 2022-01-31.
- "Gal Gadot comes under fire for supporting Israeli soldiers in Gaza – Television – Haaretz.com". web.archive.org. 6 okt 2018. Archived from the original on 2018-10-06. İstifadə tarixi: 2022-01-31.
- Earl, William; Earl, William. "'Wonder Woman' Star Gal Gadot Gets Backlash for Statement on Israel-Palestine Violence". 12 may 2021. 12 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 January 2022.