Kavkazski rayonu
Kavkazski rayonu (rus. Кавказский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Kavkazskaya kəndidir.
Kavkazski rayonu | |||||
---|---|---|---|---|---|
|
|||||
45°26′12″ şm. e. 40°34′50″ ş. u. |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Kropotkin[1] | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 2 iyun 1924 | ||||
Sahəsi |
|
||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Ərazi Krasnodar diyarının şərqində yerləşir. Rayonun sərhədləri təbii coğrafi ərazilər boyunca keçir: şimal hissədə rayon Tixoretski və Novopokrovski rayonları; şərq hissəsində Stavropol diyarı ilə; cənub-şərq hissəsində sərhəd Kuban çayı boyunca, qərb hissəsi Tbilisi rayonunun sərhədləri boyunca ilə uzanır.
Coğrafiyası
2 iyun 1924-cü ildə Kropotkinsk rayonu Cənub-Şərqi vilayətinin Armavir dairəsi tərkibində qurulur. Buraya Kuban-Qara dəniz vilayətinin ləğv edilmiş Qafqaz bölməsinin ərazisinin bir hissəsi daxil idi. İlk əvvəllər bura 26 kənd sovetliyi daxil idi: Armyanski, Vannovski, Qulkeviçski, Dmitriyevski, Qafqaz, Kazan, Leonovski, Lovlinski, Losevski, Maykopski, Mariin, Naydenovski, Nikolinski, Novobekeşevski, Novovladimirski, Novoivanovski, Novoukrainski, Severinski, Serevokonski, Severokubanski, Sokolovski, Sonentalski, Temikbejski, Toropyanski, Tibliski, Ukraynski.
16 noyabr 1924-cü ildən bu rayon Şimali Qafqaz diyarının bir hissəsi olmuşdur.
27 fevral 1928-ci ildə mərkəzi Vannovski kəndi olan Vannovski rayonu Kropotkinsk rayonundan ayrılır.
10 yanvar 1934-cü ildən etibarən rayon Azov-Qara dəniz diyarının bir hissəsi olmuşdur.
31 dekabr 1934-cü ildə Kropotkinsk rayonundan mərkəzləri olan Qulkeviçi və Tiblisi olan rayonlar qurulur.
13 sentyabr 1937-ci ildən Kropotkinsk rayonu Krasnodar diyarınının tərkib hissəsi olur.
6 dekabr 1943-cü ildə Kropotkin şəhəri diyar tabeli şəhərlər kateqoriyasına daxil edilir. Bununla əlaqədar 25 yanvar 1944-cü ildə Kropotkinski rayonunun mərkəzi Kavkazskaya kəndinə köçürülür və rayon Kavkazski adlandırılır.
22 avqust 1953-cü ildə ləğv edilmiş İlyinski rayonunun Yeremizino-Borisovski və İlyinski Kənd Sovetləri Kavkazski rayonuna birləşdirilir.
1956-cı ildən etibarən rayon mərkəzi yenidən Kropotkin şəhəri olur.
11 fevral 1963-cü ildə rayonun ərazisinə keçmiş Qulkeviçski və Tiblisi rayonları daxil edilir və Qulkeviçi şəhəri rayonun mərkəzinə çevrilir.
1 fevral 1963-cü ildə Kavkazski kənd rayonu qurulur[4].
30 dekabr 1966-cı ildə Tiblisi rayonu əvvəlki sərhədlərində bərpa edilir.
20 oktyabr 1980-ci ildə mərkəzi Qulkeviçi şəhəri olan Qulkeviçi rayonu yenidən Kavkazski rayonundan ayrılır və Kavkazskaya kəndi Kavkazski rayonunun mərkəzinə çevrildi.
1993-cü ildə kənd Sovetlərinin fəaliyyətinə son verilir. Kənd idarələrinin əraziləri kənd dairələrinə çevrildi.
1 yanvar 2006-cı il tarixdən etibarən Krasnodar diyarının 7 iyun 2004-cü il tarixli 713-KZ qanununa əsasən, inzibati bir rayon statusuna malikdir, tərkibində 8 inzibati vahid (kənd yaşayış məntəqəsi) qurulur, bələdiyyələrin hüdudları müəyyən edilir.
8 avqust 2008-ci ildə Krasnodar diyarının 1553-KZ qanununa əsasən Kropotkin inzibati vahidi Kropotkin şəhər yaşayış məntəqəsinə çevrilərək Qafqazski rayonuna daxil edilir.
Əhali
1 yanvar 2006-cı il tarixinə rayon əhalisi 43472 nəfər təşkil etmişdir. Bunların hamısı kənd sakinləridir. Bütün əhali arasında kişilər 47,0 %, qadınlar 53,0 % təşkil edir. Ümumi əhalinin 25908 (59,6 %) nəfəri əmək qabiliyyətli insanlar, 22,8 %-i pensiyaçılardır[5].
Ümumrusiya Əhali Siyahısına (2002) görə, rayonun dörd böyük kəndində yaşayır:
Kavkazki — 11 531 sakin
Kazan — 10 566 sakin,
Temijbekskaya — 6,033 sakin,
Dmitrievskaya — 3,368 sakin.
İqtisadiyyat
Rayonun ümumi sahəsi 122 745 ha, kənd təsərrüfatı əraziləri isə 92 507 ha-dır.
Bitkiçilikdə əsas istiqamət taxıl və sənaye bitkilərinin becərilməsidir. Əsas becərilən bitkilər:
Taxıl və paxlalı bitkilər — 43,654 ha ərazini və ya əkin sahəsinin 48,6% -ni tutur;
Qarğıdalı — 14756 ha;
Sənaye bitkiləri — şəkər çuğunduru 8421 ha sahədə və ya 9,6%, günəbaxan 11721 ha sahədə və ya 13%, soya 4680 ha və ya 5,3% ərazidə becərilir. Ərazidə kənd təsərrüfatı istehsalına 8 iri və orta kollektiv təsərrüfat cəlb edilmişdir.
İstinadlar
- ОКТМО. 185/2016. Southern FD.
- GEOnet Names Server. 2018.
- 26. Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2018 года. Rusiya Dövlət Federal Statistika Xidməti.
- "Указ Президиума ВС РСФСР от 01.02.1963". www.libussr.ru. 2018-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-25.
- "Департамент здравоохранения Краснодарского края, Кавказский район". 2008-01-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-01.