Qafqaz təqvimi
Qafqaz təqvimi (rus. «Кавказскій календарь») — Rusiya imperiyasının 1845–1916-cı illərdə Tiflisdə nəşr olunan illik kitab seriyası nəşri. Bu, Qafqazda nəşr olunan ilk kitab seriyası idi.
Qafqaz təqvimi | |
---|---|
Ölkə | |
Orijinal dili | rus dili |
Tarixi
Qafqaz Təqvimi Qafqaz haqqında ilk seriyalı məlumat kitabçası idi. Kitabça Tiflisdə nəşr edilmişdir. İlk sayı 1845-ci ildə Zaqafqaziya Ərazisi Baş İdarəsinin mətbəəsində nəşr edilmişdir. Kitabça ildə bir dəfə nəşr olunurdu (mövbəti il).
"Qafqaz təqvimin"də çoxlu sayda etnoqrafik və tarixi materiallar dərc olunurdu. Xalq təhsili, kənd təsərrüfatı bitkiləri məsələləri ilə bağlı yazılara yer verilirdi. Kitbçada o cümlədən Qafqaz xalqlarının adətləri, dinləri və daha bir çox şey haqqında məlumatlar nəşr edilirdi.[1][2] Bundan əlavə, kitabçanın qədim zamanlardan Qafqaz tarixinin əlamətdar tarixlərinin xronoloji siyahısını özündə əks etdirən "Xronoloji göstəriş" adlanan bölməsi də var idi.[3] Dağıstan, Kuban və Terek bölgələri, habelə Qara dəniz və Stavropol əyalətləri də daxil olmaqla Qafqaz bölgəsi haqqında statistik (bölgənin əhalisi haqqında məlumatlar da daxil olmaqla) statistik məlumatlara və istinadlı məlumatlara əhəmiyyətli yer verilirdi.[4]
"Qafqaz təqvimi" kitabçası əhali arasında çox böyük maraqla qarşılandı. "Qafqaz" qəzeti müxbirinin qeyd etdiyi kimi, insanlar hər il növbəti dəfə işıq üzü görəcək "Qafqaz təqvimi" kitabçasını səbirsizliklə gözləyirdi. Kitabça səyahətçilər, tədqiqatçılar və Qafqaza göndərilən müxtəlif ixtisas sahibi insanlar tərəfindən də bələdçi və lazımlı kitab kimi istifadə edilmişdir.[5]
"Qafqaz Təqviminin" sonuncu sayı 1916-cı ildə nəşr olunmuşdur.
Redaktorları
"Qafqaz təqvimi" kitab seriyasının müxtəlif vaxtlarda müxtəlif redaktorları: K. A. Zadolinni (1867–1868), Qafqaz Statistika Komitəsinin baş redaktoru N. K. Zeidlitz (1869), P. N. Roborovski (1870–1878), Dövlət müşaviri Şavrov (1879–1881), statistika komitəsində statistika şöbəsinin baş redaktoru, kollegial (1891-ci ildən-dövlət) məsləhətçisi E. İ. Kondratenko (1885–1904), Statistika şöbəsinin baş redaktoru D. D. Paqirev (1905–1907), direktor kansleri V. V. Stratonov (1908–1909), A. A. Elzenqer (1912–1914), N. P. Stelmaşçuk (1912–1916) olmuşlar.
İllüstrasiyası
- 1867-cı ildə
- 1869-cu ildə
- 1871-ci ildə
- 1872-ci ildə
- 1874-cü ildə
- 1876-cı ildə
- 1877-ci ildə
- 1878-ci ildə
İstinadlar
- Гаджиев А. М.. Антиколониальное движение горцев Дагестана во второй половине XIX в. Махачкала: Институт истории, археологии и этнографии ДНЦ РАН. 2006. 30.
- Дамения И. Х.. Россия. Абхазия: Из истории культурных взаимоотношений в XIX — начале XX вв. СПб.: Знание. Под ред. Флоринский, Михаил Фёдорович. 1994. 42. ISBN 5-7320-0442-4.
- Кавказский этнографический сборник. Труды Института этнографии им. Н. Н. Миклухо-Маклая. 1. М.: Академия наук СССР. Отв. ред. 1955. 332.
- "Кавказские календари". На сайте «Донская государственная публичная библиотека. 2020-09-27 tarixində orijinalından arxivləşdirilib.
- Исмаил-Заде Д. И.. Население городов Закавказского края в XIX — начале XX в.: историко-демографический анализ. Наука (издательство). 1991. 46–47.
Xarici keçidlər
- Кавказский Календарь Iverieli: მთავარი National Parliamentary Library of Georgia.
- "Кавказский календарь". На сайте ФГБУ «Президентская библиотека имени Б. Н. Ельцина».
- "Кавказский календарь". На официальном сайте РГБ.
- "Кавказские календари". На сайте «Донская государственная публичная библиотека». 2020-09-27 tarixində orijinalından arxivləşdirilib.
- "Указатель статей неофициальной части Кавказских календарей за 1848–1865 гг". Составлен Г. Ерохиным.
- Библиотека Царское Село(,72-а Кавказских календаря в формате PDF).