Qafqaz sarıcası
Qafqaz sarıcası (lat. Colias caucasica)[1] -Pulcuqqanadlılar dəstəsinə və Ağ kəpənəklər fəsiləsinə aid növ.
Qafqaz sarıcası | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Qafqaz sarıcası |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Təsviri
İri kəpənəkdir, qanadları açılmış halda 50–55 mm-ə çatır. Qanadları qırmızımtıl – narıncı rəngdə olub, kənarları enli qara zolaqlıdır. Ön qanadın üzərində iri qara nöqtə vardır. Arxa qanadın mərkəzində dairəvi narıncı ləkə vardır. Qanadın alt səthində bu ləkə iridir və ikiqatdır.[2]
Yayılması
Gürcüstanda Borjomi, Tsaqveri, Bakuriani. Azərbaycanda Murovdağ silsiləsinin cənub yamacları.[3]
Həyat tərzi
Traqakant tikanlı gəvən və müxtəlif ot bitkilərinin bitdiyi sıldırım yamaclar. Kəpənəklər iyunda-iyulun əvvəlində uçuşurlar. Yumurtalarını tikanlı gəvənin üzərində qoyur. İyul-avqust aylarında tırtıllar həmin bitkinin yarpaqları ilə qidalanır. Puplaşma avqustda gəvən kollarının içərisində keçir və puplar qışlayır. İldə bir nəsil verir. Təbii düşmən və xəstəlikləri məlum deyildir. Lakin tırtıl və kəpənəkləri həşəratyeyən quşlar, sürünənlər və yırtıcı həşəratlar tərəfindən qida kimi istifadə edilə bilər.[4]
Sayı
R.Əffəndi tərəfindən 2 kəpənəyi qeydə alınmışdır.
Məhdudlaşdırıcı amillər
Mal-qaranın otarılması, ot bitkilərinin müntəzəm surətdə biçilməsi kəpənəyin qida bitkisinin yayılma arealının kiçilməsinə səbəb olur. Həvəskar kolleksiyaçılar tərəfindən kəpənəklərin kütləvi surətdə tutulması da populyasiyanın həyat fəaliyyətini zəiflədir.
Qorunması üçün qəbul olunmuş tədbirlər
Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxil edilmişdir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
Kəpənəyin yayıldığı sahələrdə qorunnan ərazilərin təşkil edilməsi. Kəpənəyin Azərbaycan şəraitində biologiyasının öyrənilməsi, onun sayı barədə dəqiq məlumatların əldə edilməsi üçün müntəzəm monitorinqlərin təşkil edilməsi.
İstinadlar
- Моргун Д. В., Довгайло К. Е., Рубин Н. И., Солодовников И. А., Плющ И. Г. Дневные бабочки (Hesperioidea и Papilionoidea, Lepidoptera) Восточной Европы. CD определитель, база данных и пакет программ «Lysandra». — Минск, Киев, М.: 2005.
- Azərbaycan Qırmızı Kitabı, Bakı, II cild, 2013
- Рябов М.А. Чешуекрылые Кавказа. Животный мир СССР, т.V, М.-Л., изд-во АН СССР, 1958, с. 351 - 475;
- Дидманидзе Э.А. Чешуекрылые аридных районов Закавказья (Lepidoptera, Rhopalocera). Некоторые группы животных аридных районов Закавказья. Тбилиси: Мецниереба, 1979, с. 43 - 114;
Ədəbiyyat
- Azərbaycan Qırmızı Kitabı, Bakı, II cild, 2013
- Рябов М.А. Чешуекрылые Кавказа. Животный мир СССР, т.V, М.-Л., изд-во АН СССР, 1958, с. 351 - 475;
- Коршунов Ю.П. Каталог булавоусых чешуекрылых (Lepidoptera, Rhopalocera) фауны СССР. Энтомологич.обозрение, т.LI, вып.1-2, 1972, с. 136 - 154, 352 - 368;
- Дидманидзе Э.А. Чешуекрылые аридных районов Закавказья (Lepidoptera, Rhopalocera). Некоторые группы животных аридных районов Закавказья. Тбилиси: Мецниереба, 1979, с. 43 - 114;
- Staudinger O. Catalog der Lepidopteren des palaearctischen Faunengebietes. I Theil. Berlin, 1901, 411 p.