Qafqaz səfəri

Fransız yazıçısı Aleksandr Düma tərəfindən yazılan səyahətnamə.

Qafqaz səfəri
fr. Le Caucase ou Voyage au Caucase
Müəllif Aleksandr Düma
Orijinalın dili Fransızca
Ölkə Fransa
Orijinalın nəşr ili 1859

Aleksandr Düma 1858-ci ilin ikinci yarısından 1859-cu ilin əvvəlinə kimi Qafqaz da daxil olmaqla Rusiya imperiyası ərazisində olmuşdur . Səyahətinə Peterburqdan başlayan A. Düma daha sonra Moskva, Qazan, SaratovHəştərxandan keçməklə Qafqaza gəlmiş, burada bir sıra Azərbaycan şəhərlərində, o cümlədən Dərbənd , Quba , Bakı, ŞamaxıNuxada olmuşdur. A. Düma Nuxadan Tiflisə , oradan da Potiyə getmişdir . O, Potidən gəmi ilə İstanbula, oradan da Marselə getmişdir. Vətənə qayıdan yazıçı səfər yaddaşını " Qafqaz Səfəri " adlı əsəri ilə oxucuları ilə bölüşüb . Bu əsər 1859-cu ildə Parisdə fransızca, 1861-ci ildə Tiflisdə rusca, 1962-ci ildə Nyu-Yorkda ingiliscə çap olunmuşdur. "Qafqaz səfəri"[1] əsərinin fransızca ilk nəşrində A. Dümanı səfər zamanı müşayiət etmiş rəssam Moynenin çəkdiyi çoxsaylı şəkillərin reproduksiyaları verilmişdir. "Qafqaz səfəri" əsəri ümumilikdə 68 fəsildən ibarətdir. Əsər boyunca AZƏRBAYCANLILARDAN Tatarlar olaraq bəhs edilir.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2019-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-29.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.