Qafqaz rəqsi (film)
Qafqaz rəqsi — 1898-ci ildə çəkilmiş qısametrajlı sənədli film.[2]
Qafqaz rəqsi | |
---|---|
| |
Janr | sənədli film, səssiz film |
Rejissor | Aleksandr Mişon[1] |
Prodüser | |
Ssenari müəllifi | Aleksandr Mişon |
Operator | Aleksandr Mişon |
İlk baxış tarixi | 2 avqust 1898 |
Filmin növü | qısametrajlı sənədli film-konsert |
Ölkə | |
Dil | səssiz |
Texniki məlumatlar |
1 hissə 35 mm |
Rəng | ağ-qara |
IMDb | ID1441350 |
Məzmun
Əyninə milli paltar geymiş rəqqas Qafqaz rəqsini ifa edir. Onun ağzında, əllərində və belində xəncərlər var. O, hər dəfə rəqs edə-edə səhnənin ortasına çatanda başı üzərindən xəncəri arxaya tullayır və xəncər taxta döşəməyə sancılır. Bu minvalla rəqqas xəncərlərin hamısını yerə sancıb qurtarana kimi rəqs edir.[1]
Film haqqında
Kinosüjet film-konsert janrında çəkilmiş ilk Azərbaycan filmidir.[3]
Kinosüjet Bakıda V.İ.Vasilyev-Vyatskinin teatr-sirkində avqustun 2-də axşam saat 21.00-da ayrıca proqramla nümayiş etdirilmişdir.
Kinosüjet "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir. Nümayiş etdirilən süjetlər arasında "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi",""İlişdin", "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" kinosüjetləri də var idi. Bunları izləyən Lümyer qardaşları onlardan bir neçəsini almış və öz kolleksiyalarına daxil etmişlər. Sonradan həmin kinosüjetlər Paris kinoarxivinə təhvil verilmiş və bu günə kimi orada qorunub saxlanılır.
Filmin heyəti
Film üzərində işləyənlər
- Rejissor: Aleksandr Mişon
- Ssenari müəllifi: Aleksandr Mişon
- Operator: Aleksandr Mişon
İstinadlar
- Aydın Kazımzadə. Azərbaycan kinosu - 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.6.
- İlk Azərbaycan filmləri: ["İlişdin", "Qafqaz rəqsi", "Arvad"] //Ekran efir.- 2008.- 1 avqust.- S. 19.
- Aydın Kazımzadə. Azərbaycan kinosu - 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.7.
Mənbə
- Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 12.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
- Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu - 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10-11.