Qafqaz gürzəsi
Vipera kaznakovi (lat. Vipera kaznakovi) — heyvanlar aləminin pulcuqlular dəstəsinin gürzəkimilər fəsiləsinin əsl gürzə cinsinə aid heyvan növüdür. Qafqaz muzeyinin direktoru müavini Aleksandr Nikolayeviç Kaznakovun şərəfinə adlandırılmışdır.
Qafqaz gürzəsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Reptiliomorpha Klad: Amniota Klad: Sauropsida Sinif: Klad: Eureptilia Klad: Romeriida Klad: Diapsida Klad: Neodiapsida Klad: Sauria Klad: Lepidosauromorpha Dəstəüstü: Lepidosauria Dəstə: Klad: Toxicofera Klad: Ophidia Yarımdəstə: İnfradəstə: Alethinophidia Klad: Afrophidia Klad: Caenophidia Klad: Colubroides Fəsilə: Yarımfəsilə: Cins: Növ: Qafqaz gürzəsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Görünüşü
Gürzənin uzunluğu 475 mm, dişilərdə — 600 mm təşkil edir. Quyruqları 7 — 8 sm olur. Başı kifayət qədər enli olur. Nadir hallarda bütünlüklə qara rəngli olanını görmək olar. Yuxarı hissəsi qara, boğazı ləkəsiz qara olur. Ümumilikdə isə qırmızı və narıncı rənglər üstünlük təşkil edir. Balalar isə qırmızı-qəhvəyi rəngdə olur. Erkəklər dişilərdən kiçik olur.
Yayılması
Böyük Qafqaz dağlarının cənub qərb ətəklərindən Abxaziya (Gürcüstan ərazisi), Acarıstan və Türkiyənin şimal şərqində rast gəlinir. Onları iki hissəyə bölmək olar: Şimali Kolxida və acar-lazistan.
Həyat tərzi
Əsasən dağ və ön dağlıq meşələrdə, subalp və alp ərazilərində yayılırlar. Hündürlüyü 2500 m olan ərazilərdə görünürlər. 0,3 — 0,5 h ərazilərdə 4 baş ola bilir. Aktiv dövrləri mart - noyabr aylarıdır. Dərinliyi 2 metr olan çatların arasında qışlayırlar. Əsasən gəmiricilər, kərtənkələlər və quşlarla qidalanırlar. Zəhəri insan üçün təhlükəlidir.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2004.
- The Reptile Database (ing.). / P. Uetz 2015.
Mənbə
- «Земноводные и пресмыкающиеся СССР», А. Г. Банников, И. С. Даревский, А. К. Рустамов, изд. «Мысль», 1971
- Qafqaz gürzəsi