Qafqaz Yengicə Termal Hotel və SPA
"Qafqaz Yengicə Termal Hotel və SPA" — Azərbaycan Respublikasının Qəbələ rayonunun Yengicə kəndinin ərazisində yerləşən müalicə-istirahət kompleksi.[1]
Ərazisi
Qəbələnin Yengicə kəndi ərazisində yerləşən otel kompleksi 9 hektar sahədə inşa edilib.[1] Kompleksin ərazisi tam abadlaşdırılıb, yaşıllıq sahəsi salınıb.[1]
Otel kompleksi
Müxtəlif çeşidli yüksək xidmətlərin göstərildiyi altımərtəbəli otel kompleksi gözəl memarlıq üslubunda tikilib.[1] Oteldəki 61 nömrədə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb.[1]
"Qafqaz Yengicə Termal Hotel və SPA" kompleksində daimi iş yeri 100 nəfərlikdir.[1] Oteldə xidmət göstərən heyət yüksək hazırlıq kursu keçib və onların əksəriyyətini yerli kadrlar təşkil edir.[1] Otel kompleksində müxtəlif toplantı və konfransların keçirilməsi üçün geniş imkanları olan zal, müasir restoranlar şəbəkəsi də fəaliyyət göstərir.[1] Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunur.[1]
Oteldəki müxtəlif kateqoriyalı nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir.[1]
Oteldə uşaqların da istirahətinin təşkili üçün lazımi şərait yaradılıb.[1] Oteldə qonaqların vaxtlarını səmərəli keçirmələri üçün xüsusi idman zalları da var.[1] Burada qonaqlara təqdim olunan xidmətlər çoxçeşidliliyi ilə fərqlənir.[1] Müxtəlif trenajorlar, müasir idman avadanlığı və hovuzlar qonaqların istirahət imkanlarını daha da artırır.[1]
Müalicəvi əhəmiyyəti
Otelin əhəmiyyətini artıran mühüm cəhət burada müalicəvi su mənbəyinin olmasıdır.[1] Tarixi araşdırmalar, kimyəvi və tibbi yoxlamalar bu mineral suyun yüksək dərəcədə müalicəvi və bərpaedici təsirini sübut edib.[1] Oteldə Naftalan nefti ilə müalicə proseduru da həyata keçirilir.[1]
Açılışı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22 sentyabr 2014-cü ildə kompleksin açılışında iştirak etmiş, kompleksin rəmzi açılışını bildirən lenti kəsmişdir.[1]
İstinadlar
- İlham Əliyev Qəbələdə “Qafqaz Yengicə Termal Hotel və SPA” kompleksinin açılışında iştirak edib Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine. president.az, 22.09.2014 (az.)