Qafqaz Xalqları Ali Dini Şurası
Qafqaz Xalqları Ali Dini Şurası (rus. Высший религиозный совет народов Кавказа, ing. Supreme Religious Council of the Peoples of the Caucasus) ― dini təşkilat.
Qafqaz Xalqları Ali Dini Şurası QXADŞ | |
---|---|
Növü | Dini təşkilat |
Yaranma tarixi | Sentyabr 1992 |
Qurucusu |
Azərbaycan Gürcüstan Dağıstan Kabarda-Balkar Çeçenistan İnquşetiya Qaraçay-Çərkəz Adıge Respublikası |
Sədr | Allahşükür Paşazadə |
Üzvləri |
Azərbaycan Gürcüstan Dağıstan Kabarda-Balkar Çeçenistan İnquşetiya Qaraçay-Çərkəz Adıge Respublikası |
1992-ci ilin sentyabrında Qroznı şəhərində keçirilən din xadimlərinin ümumi toplantısında təsis olunmuş və onun mərkəzi iqamətgahının Bakıda yerləşməsi ilə bağlı qərar qəbul edilmişdir. Şuranın sədri vəzifəsinə Azərbaycan, Gürcüstan, Dağıstan, Kabarda-Balkar, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz və Adıge Respublikasının din xadimləri tərəfindən yekdilliklə Şeyxülislam Allahşükür Paşazadə seçilmişdir[1]. 2003-cü ilin 28 iyulunda Qafqaz Xalqlarının Ali Dini Şurasının Bakıda keçirilən iclasında isə Şeyxülislam Allahşükür Paşazadə Ali Dini Şuranın ömürlük sədri seçilmişdi.
Tarixi
Qafqaz Xalqları Ali Dini Şurası 1992-ci ilin sentyabrında Qroznı şəhərində keçirilən din xadimlərinin ümumi toplantısında təsis olunmuş və onun mərkəzi iqamətgahının Bakıda yerləşməsi ilə bağlı qərar qəbul edilmişdir. Şuranın sədri vəzifəsinə Azərbaycan, Gürcüstan, Dağıstan, Kabarda-Balkar, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz və Adıge Respublikasının din xadimləri tərəfindən yekdilliklə Şeyxülislam Allahşükür Paşazadə seçilmişdir. 2003-cü ilin 28 iyulunda Qafqaz Xalqlarının Ali Dini Şurasının Bakıda keçirilən iclasında isə Şeyxülislam Allahşükür Paşazadə Ali Dini Şuranın ömürlük sədri seçilmişdi. Qafqaz Xalqları Ali Dini Şurası özündə Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Şurasını, Rusiya Federasiyasının Qaraçay-Çərkəz, Çeçenistan, Dağıstan, Kabardin-Balkar, Şimali Osetiya (Alaniya) Kalmıkiya, Adıgey və Krasnodar Respublikalarını habelə xristian və yəhudi icmalarını birləşdirir.
Rəhbərlik
Şeyxülislam Allahşükür Paşazadə 1992-ci il 7 sentyabrda Çeçenistanın paytaxtı Qroznı şəhərində çağırılan Qafqaz Evi konfransında Azərbaycanın, Dağıstanın, Kabardino-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıge Respublikasının dini xadimləri tərəfindən Qafqaz Xalqları Ali Dini Şurasının sədri seçilmişdir. 2003-cü ilin 28 iyulunda Qafqaz Xalqlarının Ali Dini Şurasının Bakıda keçirilən iclasında Şeyxülislam Allahşükür Paşazadə Ali Dini Şuranın ömürlük sədri seçilmişdi[2]
Fəaliyyəti
Qafqaz Xalqları Ali Dini Şurasının fəaliyyət sferasına müxtəlif konfranslar keçirtmək, dünyada mövcud olan islamofobiya dalğası, MDB məkanında separatçılıq, radikalizm, ekstremizm, terrorizmlə mübarizə, digər beynəlxalq konfransların, Qafqazın mənəvi həyatında əlamətdar hadisə hesab edilən mötəbər tədbirlərin işində fəal iştirak etmək və s. məsələlər daxildir.
Qafqaz Xalqları Ali Dini Şurasının təşkilatçılığı ilə Azərbaycanda, eləcə də Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarında tez-tez müxtəlif konfranslar keçirilir. Bu konfranslarda bölgədə və dünyada baş verən proseslərin fonunda din xadimlərinin vəzifələri və Şimali Qafqazın din xadimlərinin xalqları və dövlətlərinin mənafeləri naminə üzərlərinə düşən məsuliyyət və vəzifələri ətrafında geniş fikir mübadiləsi aparılır və bu istiqamətdə mühüm qərarlar verilir.
Bundan əlavə qurum üzvləri keçirilən digər mötəbər tədbirlərin işində də yaxından iştirak edir. Belə ki, 2006-cı ildə Dünya Din Xadimlərinin Moskva Sammiti[3][4], 2010-cu ildə Dünya Dini liderlərinin Bakı Sammiti[5], 2014-cü ildə "Dini tolerantlığın möhkəmləndirilməsi: (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)" mövzusunda beynəlxalq konfrans[6], 2016-cı ildə "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda beynəlxalq konfrans[7], 2019-cu ildə Dünya dini liderlərinin II Bakı Sammiti[8] və digər mötəbər tədbirlərin işində QXADŞ-nın üzvləri də fəal iştirak etmişdilər.
QXADŞ üzvləri həmçinin regionun mənəvi həyatında görülən işlərdə də yaxından iştirak edirlər, məsələn: Bakıda Təzəpir[9], Əjdərbəy[10], Şamaxıda Cümə məscid komplekslərinin[11], Heydər məscidinin təmir-yenidənqurma və inşa işlərindən sonra açılışında[12] QXADŞ-nın üzvlərinin iştirakı, Çeçenistanda, Qroznının mərkəzində Əhməd Kadırovun adını daşıyan məscid kompleksinin ərsəyə gəlməsi[13], Kunta Hacı Kişiyev adına Rusiya İslam Universitetinin yaradılması, Nalçik şəhərində Ənəs Pşixaçevin adını daşıyan İslam təhsil kompleksinin təməlqoyma mərasimi[14].
3 mart 2004-cü ildə MDB Dinlərarası Şurasının yaradılması postsovet məkanında dini inteqrasiyanın başlanğıcı olmuşdur. QXADŞ-nın sədri Şeyxülislam Allahşükür Paşazadə yeni yaradılan Şuranın həmsədrlərindən biri seçilmişdir.[15][16][17]
17 iyun 2009-cu ildə QXADŞ-nın üzvlərinin də daxil olduğu MDB Müsəlmanları Məşvərət Şurası yaradıldı.
Qafqaz Xalqları Ali Dini şurasının üzvləri, eyni zamanda MDB Dinlərarası Şurasının, habelə MDB Müsəlmanları Məşvərət şurasının üzvləri olaraq, dünyanın müxtəlif yerlərində, o cümlədən, MDB məkanında separatçılıq, radikalizm, ekstremizm və terrorizmlə mübarizə işində vəhdət nümayiş etdirir, vahid mövqedən çıxış edirlər. Onların dağlıq Qarabağ münaqişəsində sərgilədiyi mövqe də bu qəbildəndir. Şura Qafqazrın ən mürəkkəb və uzun müddət davam edən bu probleminin yalnız dövlətlərarası deyil, eyni zamanda millətlərarası və dinlərarası dialoq prosesində ədalətli sülh yolu ilə həllini tapmasını məqbul və məqsədəuyğun sayaraq, bu istiqamətdə aparılan danışıqların artırılmasına tərəfdar olduğunu dəfələrlə nümayiş etdirmişdir. 44 günlük Vətən müharibəsi zamanı isə qurumun üzvləri Azərbaycanın haqq yolunda olduğunu vurğulayıb, Azərbaycan Prezidentinin qətiyyət və əzminə dəstək olmuş, erməni işğalçıların riyakar və haqsız davranışlarını isə sərt şəkildə qınamışdılar[18].
Qurum Qafqazın digər subyektlərinin oxşar problemlərində də eyni münasibət nümayiş etdirir. Belə ki, Qafqaz Xalqları Ali Dini Şurasının sədri Allahşükür Paşazadə Çeçenistan və İnquşetiyada dini təfriqə salan radikal təmayüllü qüvvələrin xalqa zidd əməllərinin qarşısının alınmasında əməli tədbirlər görmüş, "Qafqaz evi" çərçivəsində bölgədə barış mühitinin formalaşması istiqamətində gərgin fəaliyyət göstərmişdir. O, həmçinin 1999-cu ildə Rusiya Federasiyasının prezidenti Boris Yeltsinə çeçen xalqının məhvinə yönəldilən siyasətini tənqid edən etiraz müraciəti göndərərək, İslam ekstremizmi və terrorizmi ilə mübarizə şüarından sui-istifadə edərək, bütöv xalqın terrorçu, ekstremist, cinayətkar adlandırılmasını qətiyyətlə pisləmişdir. Bununla yanaşı Şura sədri, Beslan hadisələri, Manej meydanında cərəyan edən hadisələrlə bağlı anti-Qafqaz əhval-ruhiyyəsinin baş qaldırması əleyhinə olan qətiyyətli mövqeyini və fikirlərini RF-nın dövlət rəhbərliyinin diqqətinə çatdırmışdır.
Qafqazda yaşayan xristian və yəhudiləri də ehtiva edən QXADŞ bu dini mənsubiyyət daşıyıcılarının da həyatında önəm kəsb edən məqamlarda yaxından iştirak edir, onların ümumqafqaz mənafelərinə uyğun şəkildə həyata uğurlu inteqrasiyasını əməli şəkildə dəstəkləyir.
Toplantıları
Qafqaz Xalqları Ali Dini Şurası üzvləri görülmüş işlərin hesabatını vermək, həyata keçirilməsi qarşıda duran məsələləri müzakirə etmək, Qafqazda və dünyada gedən proseslərin mənəvi aspektinə dair fikir mübadiləsi aparmaq və müəyyən qərarlar vermək üçün mütəmadi olaraq Azərbaycanda, Şimali Qafqaz respublikalarında müxtəlif səpkili toplantılar keçirdir[19].
S/S | Tarix | Yer |
---|---|---|
1 | 28 iyul 2003-cü il | Azərbaycan, Bakı |
2 | 16 may 2011-ci il | Azərbaycan, Bakı |
3 | 21 dekabr 2011-ci il | Azərbaycan, Bakı |
4 | 18 noyabr 2012-ci il | Azərbaycan, Bakı |
5 | 22 avqust 2013-cü il | Çeçenistan, Qroznı |
6 | 27 avqust 2016-cı il | Çeçenistan, Qroznı |
7 | 01 dekabr 2016-cı il | Azərbaycan, Bakı |
8 | 15 sentyabr 2018-ci il | Qaraçay-Çərkəz, Çerkessk |
9 | 26 yanvar 2019-cu il | Şimali Osetiya-Alaniya, Vladiqafqaz |
10 | 27 fevral 2019-cu il | Qaraçay-Çərkəz, Çerkessk |
11 | 22 iyul 2020-ci il | Videokonfrans[20] |
12 | 23 avqust 2021-ci il | Çeçenistan, Qroznı [21] |
Mənbə
- Qafqaz Müsəlmanları İdarəsi
- "İlham Əliyev Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib". https://president.az/.
- "Sülhün, ədalətin və kamilliyin tərənnümçüsü". http://www.dqdk.gov.az/.
- "Anar İsgəndərov. İslam dünyasının nüfuzlu din xadimi. Şeyxülislam Allahşükür Paşazadə – 70. Xalq qəzeti, 23.08.2019, № 183, s.4" (PDF).
- "Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransı keçirilmişdir". Xalq qəzeti,17.05.2011.
- "В Управлении мусульман Кавказа состоялось заседание Высшего религиозного Совета народов Кавказа. AzərTac, 21.12.2011".
- "Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının iclası keçirilmişdir. Azərbaycan qəzeti, 20.11.2012, s. 7".
- "Haqqın nuru (qəzet)". Bakı, 16-23.05.2011".
Ədəbiyyat
- "Tarixi şəxsiyyətlər: Şeyxülsilam Allahşükür Paşazadə 70" jurnalı. Bakı, 2019
- İslam dünyasının nüfuzlu din xadimi: Şeyxülislam Allahşükür Paşazadə – 70. Xalq qəzeti.-2019.-23 avqust.-№183.-S.4.
- Azərbaycanın görkəmli din xadimləri: Şeyxülislam Allahşükür Paşazadə. Biblioqrafik göstərici. Bakı, "Nurlar" 2019, 400 səh.
İstinadlar
- "Tarixi şəxsiyyətlər: Şeyxülsilam Allahşükür Paşazadə 70" jurnalı. Bakı, 2019. səh.36
- Azərbaycanın görkəmli din xadimləri: Şeyxülislam Allahşükür Paşazadə. Biblioqrafik göstərici. Bakı, "Nurlar" 2019, 400 səh.
- "В Москве завершился всемирный саммит религиозных лидеров". 2021-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-14.
- "О Всемирном саммите религиозных лидеров". 2021-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-14.
- "Məhəmmədəli Qəribli. Azərbaycanın tolerantlıq modeli dünyanın 28 universitetində öyrənilir. Bakı Xəbər, 14 yanvar 2021, № 7, s. 13" (PDF). 2022-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-07-14.
- "Dini tolerantlığın möhkəmləndirilməsi: (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar) mövzusunda Beynəlxalq Konfrans. Bakı, 17–18 noyabr 2014-cü il" (PDF). 2021-07-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-07-14.
- "Bakıda "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda beynəlxalq konfrans keçirilib". 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-14.
- "Bakıda Dünya dini liderlərinin II sammiti keçirilir, Xalq qəzeti, 15 noyabr 2019-cu il, № 253 (29225), s. 1–4" (PDF). 2021-07-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-07-14.
- "Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva müxtəlif ölkələrin din xadimləri ilə görüşmüşdür. Xalq qəzeti, 7 iyul 2009-cu il, № 145, s.5". 2021-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-14.
- "İlham Əliyev Bakıdakı Əjdərbəy məscidinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir". 2021-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-14.
- "İlham Əliyev Şamaxı Cümə məscidinin əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmə mərasimində iştirak etmişdir". 2021-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-14.
- "İlham Əliyev Bakıda Heydər məscidinin açılışında iştirak edib". 2018-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-14.
- "На открытие мечети "Сердце Чечни" в Грозный съедутся представители 28 стран". 2021-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-14.
- "Новый исламский образовательный центр будет носить имя Анаса-Хаджи Пшихачева/". 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-14.
- "Межрелигиозный Совет СНГ". 2022-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-14.
- "Современная религиозная ситуация в Российской Федерации". 2022-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-13.
- "Силантьев Р.А. Исламо-христианский диалог в России в новейший период. Вопросы философии, №9, 2010. с. 11" (PDF). 2022-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-07-13.
- "Azərbaycandakı dini konfessiya rəhbərlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti. 30 sentyabr 2020-ci il". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-15.
- "Tarixi şəxsiyyətlər: Şeyxülsilam Allahşükür Paşazadə 70". Bakı, 2019. s. 39–41
- "İyulun 22-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qafqaz Xalqları Ali Dini Şurasının videoformatda konfransında iştirak edib". 2021-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-15.
- "23 avqust 2021-ci ildə Qafqaz Xalqları Ali Dini Şurasının iclası keçirilib". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-24.