Qafqaz (film, 2007)
Qafqaz | |
---|---|
Janr |
dram müharibə |
Rejissor | Fərid Hümbətov |
Ssenari müəllifi | Fərid Hümbətov |
Baş rollarda |
Ada Roqovseva — Mariya Lyubov Tolkalina — Sofya Andrey Çernışov — Aleksandr Həmidə Ömərova Ənvər Vəliyev Elmira Şabanova |
Operatorlar |
Yuri Varnovski Telman Məmmədov Tərlan Babayev |
Bəstəkar | Rauf Əliyev |
İstehsalçılar |
Metropol "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 2007 |
Filmin növü | tammetrajlı bədii film |
Ölkələr |
Azərbaycan Rusiya |
Dil | azərbaycanca |
İl | 2007 |
Texniki məlumatlar | HD rəqəmli kinokamera |
Rəng | rəngli |
IMDb | ID1167643 |
Məzmun
Filmdə hadisələr 1990-1994-cü illərdə baş verir. Filmin süjet xətti İncildəki bir ayədən götürülərək, Qafqaz reallığına, müasir vaxta uyğunlaşdırılmışdır.
Qafqazda müharibə başlayır. 75 yaşlı Mariya (Ada Roqovseva) oğlunu müharibədə itirir. O, gəlini Sofiya (Lyubov Tolkalina) ilə 12 ildir Qafqazda yaşayır. Aclıq başlanan zaman onlar Rusiyaya köçmək istəyirlər. Qadınlar qərara alırlar ki, onlar Moskvaya getməlidirlər. Mariya kiçik itini, Sofiya isə kiçik çemodanını götürüb qatara otururlar və yola düşürlər. Qonşu kupedə fotomüxbir Aleksandr (Andrey Çernışov) da gedir. Sofiya ilə Aleksandr bir-birini sevirlər. Mariya isə Volqoqrad yaxınlığındakı stansiyaların birində başa düşür ki, Qafqazsız yaşaya bilməyəcək. O, Sofiyaya kağız yazıb iti ilə birlikdə qatarı tərk edir...
Film haqqında
- Filmdə Emin Sabitoğlu və Aqşin Əlizadənin musiqilərindən istifadə olunmuşdur. İkinci şəxsin adı titrlərdə göstərilməyib.
- 2008-ci ildə ilk dəfə olaraq Azərbaycan filmi dünyanın ən nüfuzlu kino mükafatına namizədliyini irəli sürmüşdür. Amerika Kino Akademiyasının təsis etdiyi "Oskar" mükafatının "Ən yaxşı əcnəbi film" nominasiyasına iddialı olan 63 ölkənin məhsulu arasında Azərbaycan filmi "Qafqaz" da var idi.
- "Qafqaz" beynəlxalq standartlara uyğun olaraq, High Definition rəqəmli kinokamera ilə lentə alınıb.
- Filmin çəkilişlərinə təxminən 500 min dollar vəsait xərclənib.
- Film Fərid Hümbətovun "Qafqaz" əsərinin motivləri əsasında çəkilmişdir
- Film Rusiyadakı gəliri 43854 dollar təşkil edir.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi: Fərid Hümbətov
- Quruluşçu rejissor: Fərid Hümbətov
- Quruluşçu operatorlar: Yuri Varnovski, Telman Məmmədov, Tərlan Babayev
- Bəstəkar: Rauf Əliyev
- Trük quruluşçusu: Əli Məmmədov
- Kaskadyor: Əli Məmmədov
- Prodüser: Rauf Atamalıbəyov
- Səs: Vasili Filatov
Rollarda
- Ada Roqovseva — Mariya
- Lyubov Tolkalina — Sofya
- Andrey Çernışov — Aleksandr
- Həmidə Ömərova — qaraçı qadın
- Ənvər Vəliyev
- Elmira Şabanova
- Elçin Əzizov
- Milana Mərdaxanova
- Vəfa Zeynalova
- Zərnigar Ağakişiyeva
- Lamiyə Səlimova — qaraçı qız
- Sadıq Əhmədov
- Fuad Osmanov
- Nurəddin Mehdixanlı
- Şəfiqə Qasımova
- Yuri Baliyev
Xarici keçidlər
Həmçinin bax
Əvvəlki: ' |
Azərbaycandan Xarici dildə ən yaxşı filmə görə Oskar mükafatına göndərilmiş film 2007 |
Sonrakı: Qala |