Qafar Qərib
Qafar Qərib 1 mart 1976-cı il; Güznüt, Naxçıvan MSSR — şair, publisist,
- "Nuh Yurdu" qəzetinin redaktoru.
- 1999-cu ildən Yazıçılar Birliyinin Üzvüdür.
- 2000-ci ildə Prezident Təqaüdünə layiq görülüb.
- 2015-ci ildə "Tərəqqi medalı ilə təltif olunub.
Qafar Qərib | |
---|---|
Doğum adı | Qafar Tahir oğlu Qənbərov |
Təxəllüsü | Qərib |
Doğum tarixi | |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Vüsalə xanım |
Uşaqları | Selcan Qənbərli, Gülcan Qənbərli, Nurcan Qənbərli. |
Atası | Tahir Qənbərov |
Anası | Məsudə Xanım |
Təhsili | |
Fəaliyyəti | şair, publisist |
Əsərlərinin dili | Azərbaycan dili |
Janr | şeir |
İlk əsəri | "Gözlərsən məni" |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
Qənbərov Qafar Tahir oğlu 1 mart 1976-cı ildə Babək rayonun Güznüt kəndində anadan olmuşdur.
1993-cü ildə Babək rayonu Çeşməbasar kənd orta məktəbini, 1999-cu ildə Naxçıvan Dövlət Universitetinin "Tarix -filologiya "fakültəsini bitirmişdir.
Qafar Qərib 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2000-ci ildə Prezident Təqaüdünə layiq görülmüşdür.
2009-cu ildən Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanı olan "Nuh Yurdu" qəzetinin redaktorudur.
2015-ci ildə "Tərəqqi medalı" ilə təltif olunub.
Ailəsi
Ailəlidir. 3 qızı 1 nəvəsi var.
Kitabları
- "Gözlərsən məni"(1998),
- "Gözümə döydüyüm şəkil"(2000),
- "İçimizdəki qəhrəman"(2002)
- "Dünya üçbucaq imiş"(2004)
- "İki qapı arasında"
- "Göydən üç alma düşdü"
- "Vətən daşdan başlayırmış"
- "Qədim-yeni Naxçıvanım"
- "Bu gün, bu saat, bu an..."
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.