Qadın

Qadın — yetkin dişi cinsiyyətindən olan insan. Digər əks cins kişi adlanır. Rəsmi sənədlərdə bu bioloji növ yaşından asılı olmayaraq qadın adlanır.

Qadın tarixi

İnsanlıq tarixində qadınların yerinin araşdırılması İngilis sözü olan History anlayışına oxşar olaraq Herstory deyə başa düşülən araşdırma sahəsi, tarix elminin və cinsiyyət araşdırmalarının bir qoludur. Qadın tarixi araşdırması feminist bir anlayış ola bilər, lakin bu məcburi deyildir.

2009-cu ilin yanvar ayından etibarən dünya əhalisinin sayı 6,8 milyard olmuşdur. Bunun 49,7%-ni qadınlar təşkil edir. Qadın əhali 3 milyarddan daha çoxdur. Dünyada qocaların çoxu qadınlardır.

Siyasət

Səudiyyə Ərəbistanında qadınlara səsvermə hüququ 2011-ci ildə verilmişdir. Qadınlara maşın sürmək hüququ hələ də verilməyib.

Hüquq
  • Bir çox dövlətlərin hüquqi tənzimləmələrində qadın-kişi ayrıseçkiliyi və xüsusilə də vərəsəlik hüququnda qadınlara qarşı ayrıseçkilik göstərilir.
  • Dünyanın bir çox yerində qadınlara həyat yoldaşı seçmək, evlilik, boşanma və digər əsas hüquqlar verilməyib.
Şiddət
  • Dünyada ən çox Afrika qitəsində 135 milyondan çox qadın sünnət olunur.
  • Dünyanın 54 ölkəsində qadınlara qarşı qeyri-bərabər hüquqlar olduğu halda, "namus müdafiəsi" Peru, Banqladeş, Argentina, Ekvador, Misir, Qvatemala, İran, İsrail, Suriya, Livan və Venesuelanın cəza hüququnda yer alır.

Dünya qadınların 1/3-i həyatı boyu ən azı bir dəfə şiddətə məruz qalıb.

Qadın hərəkatları

Qadın haqlarının ilk addımları Maarifçilik dövründə mülki azadlıq hərəkatlarının başlanğıcı ilə eyni vaxtda atılmışdır. Əsas məqsəd Fransız inqilabı zamanı elan edildiyi kimi bütün insanların bərabərliyi olmuşdur. Cinsiyyətlər arası münasibətə gəldikdə isə təməldə fərqli, fərqləri vurğulayan ikinci və bərabərçi ümumi baxış müəyyənləşdirilmişdir. "Bərabərçi" anlayışı isə Maarifçiliyin təməl fikrinə dayanır. Bu anlayışı qəbul edən insanlar "təbiət qarşısında eyni" olduqlarından cəmiyyətin bütün qollarında cinsiyyət baxımından bərabərlik tələb edirdilər. 1960-cı illərdən günümüzə qədər Qadın Hərəkatı üzvləri üçün "feminizm" ifadəsi işlədildi. Qadın cinsinin böyük tarixi məğlubiyyəti insan həyatına xüsusi mülkiyyətin girişi ilə başlamışdır. Qadın bu ərəfədə bütün ictimai vəzifələrindən məhrum olunub, digər hər şey kimi kişinin mülkiyyəti sayıldı, ondan doğulacaq uşaqların anası, evin və bu uşaqların baxıcısı olaraq görüldü. Bununla da qadın cinsi insanlığın tanıdığı ilk kölə oldu. Quldar, feodal, dindar və kapitalist cəmiyyətlərində vəzifələri dəyişsə də əsas etibarilə qadın kişi qarşısında bu statusunu qorudu. XX əsrə öz damğasını vuran Oktyabr İnqilabı təkcə proletariat və digər əzilənlər üçün deyil, qadınlar üçün də tarixin tanıdığı ilk və ən böyük ictimai, iqtisadi və siyası bir inqilab oldu. XX əsrin əvvəllərində Klara Setkin Engels və Bebedən sonra problemi ələ almışdır. Setkin qadın problemini qadının tarixi əzilmişliyi ilə bağlarını qoparmasa belə kapitalizmə xas bir problem olaraq ifadə etmişdir: "Qadın problemi daha çox, müasir işçi problemi kimi, mexaniki alətlərin, buxar gücünün, elektrikin işlədilməsi ilə həyata keçən sənaye inqilabının, böyük istehsalın uşağıdır."

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.