Qacar (Füzuli)

QacarAzərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd.

Qacar
39°38′45″ şm. e. 47°03′28″ ş. u.
Ölkə
Region Füzuli rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 145 nəf. (2005)
Qacar xəritədə
Qacar
Qacar
Qacar xəritədə
Qacar
Qacar

Etimologiyası

Qacar tayfası Hülakülərin hakimiyyəti vaxtında İrana gətirilib. Oradan SuriyaTürkiyəyə keçmiş Teymurləngin 50 min nəfəri Qafqaza köçürülmüş və onlar İrəvanda, Gəncədə, Qarabağda yerləşdirilmişdir. İrəvan və Gəncə xanları qacarlardan çıxmadır. Mənşəcə oğuz tayfalırndan olan Qacar eli XVI əsrdə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsinin fəal iştirakçısı kimi Qızılbaş tayfalarından biri olmuşdur. Qacar ilk yeddi Qızılbaş tayfasından (Rumlu, Ustaclu, Təklə, Əfşar, Zülqədər və Qacar) biridir. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qacar tayfasına Gəncə bölgəsi ərazi və hakimiyyət vermişdi. Bərdə rayonunda Bala Qacar və Böyük Qacarla eynidir.[1]

Tarixi

1912-ci ildəki siyahıyalmanın nəticələrinə əsasən kənddə 1194 nəfər yaşayırdı. Kənd sakinlərinin hamısı milliyətcə azərbaycanlılar olub. Rusiya Ordusunın köməyi ilə Ermənistan Silahlı Qüvvələri Qacar kəndini 1993-cü ildə işğal etmişdir. Kəndin işğalından sonra avqustun 17-də erməni hərbçiləri əsir götürdükləri 25 dinc sakini güllələmişdilər.[2] Ermənilər kəndin adını dəyişərək Civani adlandırıblar.

2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.

Toponimikası

Qacar Füzuli rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Köndələnçayın (Arazın qolu) sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Kəndin adı Azərb.-nın qacar tayfasının adı ilə bağlıdır. XIII–XIV əsrlərdə Ön Asiyada sulduz, calair və tanğıt tayfaları əsasında yaranmış qacarlarm bir qismi əvvəlcə Suriyada yaşamışlar. Sonralar qacarları Teymur (1370–1405) İrana köçürmıüşdü. Qacarlann bir hissəsi XVII əsrdə Qarabağ va Gəncə zonasında yerləşdirilmişdi. XV əsrdə qızılbaşların tərkibinə daxil olmuş qacarlar Səfəvilərin hakimiyyatə keçmələrinə yaxından köməklik etmişdilər. İranda qacarlar sülaləsi da qacar tayfasından idi. İnqilabdan əvvəl Qafqazda Qacar adlı 10-dan çox kənd vardı. Səfəvilər dövründə Qarabağ, İrəvan (Yəravan) hakimləri qacarlardan idi. Şah Abbas qacarların bir hissəsini Astarabad, Marv (Türkmənistanda) ətrafına va Azərbaycanın şimalına köçürmüşdü. İranda 8 coğrafi ad bu etnonimi əks etdirir. Şimali Azərbaycanda Qacarlar Gəncə xanlığının əsasını qoymuş Ziyadoğlu Cavad xanın ulu babaları idi. Onlar Ermənistanda da yaşamışlar.[3]

Əhalisi

Tanınmışları

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq olub.

Həmçinin bax

İstinadlar

  1. "YUXARI QARABAGIN TOPONIMLƏRI". 2013-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-18.
  2. "ƏSİRLİKDƏ QƏTLƏ YETİRİLƏNLƏR – Azərbaycan Respublikası Ali Məhkəməsi". 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-26.
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.