Yəhərüstü

Yəhərüstü (Yəhər üzü[1],Yəhərüzlüyü[2], Qacarı[3]) — Azərbaycanda yəhərin üstünə salınmaq üçün toxunan kiçik ölçülü xovlu xalça.

Qotazlı yəhərüstü

Azərbaycanda xovlu xalça üsulu ilə toxunmuş və azərbaycanlıların yəhərin yastığının üstünə saldığı rəngbərəng qotazlarla bəzədilmiş kiçik ölçülü yəhərüstünü əsasən imkanlı adamlar toxutdururdular. Yəhərüstü Azərbaycanın bir çox bölgələrində "yəhər üzü" yaxud da "yəhərüzlüyü" adlandırılır.

Mənbə

  1. Лятиф Керимов, "Азербайджанский ковер" (Том II). Баку, "Гянджлик", 1983, ст.72.  (rus.)  (ing.)
  2. "Yəhər üstü". 2012-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-02-04.
  3. Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. I cild. səh. 447. ISBN 978-9952-34-152-2
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.