Qabil Manafov
Manafov Qabil Nadir oğlu — Əməkdar müəllim (2011), professor.
Qabil Manafov | |
---|---|
Manafov Qabil Nadir oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elmi adı | professor |
Mükafatları |
Həyatı
Manafov Qabil Nadir oğlu 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur[1]. 1969-cu ildə Bakı şəhər 20 saylı orta məktəbi bitirdikdən sonra D.Bünyadzadə adına AXTİ-nə (indiki ADİU) daxil olmuş və oranı 1974-cü ildə bitirərək iqtisadçı, siyasi-iqtisad müəllimi ixtisasını almışdır.
1974—1976-cı illərdə təyinatı üzrə Azərbaycan Dövlət Plan komitəsi nəzdində iqtisadçı vəzifəsində çalışmışdır.
1975-ci ildə ordu sıralarında xidmət etmişdir.
1976—1979-cu illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası nəzdində İqtisadiyyat İnstitutunun əyani aspirantı olmuşdur.
1982-ci ildə "Siyasi iqtisad" ixtisası üzrə namizədlik, 2003-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
1980—1982-ci illərdə V.İ.Lenin adına APİ-da (indiki N.Tusi adına APU) "Siyasi iqtisad" kafedrasında laborant vəzifəsində işləmişdir.
1982-ci ilin noyabrından indiki dövrə qədər ADİU-nin "İqtisadi nəzəriyyə-2" kafedrasında çalışır. Bu dövrdə o, baş laborantdan başlamış, professor vəzifəsinədək yüksəlmişdir. 80-dən yuxarı elmi və elmi-metodiki əsərlərin müəllifidir.
Nəşrləri
- Bazar iqtisadiyyatı nəzəriyyəsinə giriş; Bakı 1991.
- Sahibkarlığın nəzəri və praktiki problemləri; Bakı 1997.
- Sahibkarlıq: nəticələr, problemlər, vəzifələr; Bakı 2000
- Особенности формирования государственного предпринимательства; Москва 2001.
- Sahibkarlıq probleminin həllinə kompleks yanaşmanın zəruriliyi. İqtisadiyyat qəzeti. Məqalələr toplusu; Bakı 2002
İstinadlar
- ".prof.Manafov Qabil Nadir". 2012-06-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-17.