Qabil Əliyev (tarixçi)
Qabil Əli oğlu Əliyev (13 oktyabr 1956-cı il, Merdinli, Füzuli rayonu) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasın professoru[1], Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin İctimai elmlər kafedrasının müdiri[2].
Qabil Əliyev | |
---|---|
Qabil Əli oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Merdinli, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Əli Əliyev |
Elmi dərəcəsi | |
Elmi adı | professor |
İş yeri | |
Təhsili | Bakı Dövlət Universiteti |
Mükafatları |
Həyatı
1956-cı il oktyabrın 13-də Füzuli rayonu Merdinli kəndində anadan olmuşdur. 1962–1972-ci illərdə həmin rayonun Yuxarı Seyidəhmədli kənd orta məktəbində təhsil almışdır.
Təhsili
1972–1977-ci illərdə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin əyani şöbəsində təhsil almış, ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Tarixçi, tarix və ictimaiyyat müəllimi ixtisasını almışdır. "Bakı-Tiflis dəmir yolunun çəkilməsi və onun Azərbaycanın iqtisadi, sosial və mədəni həyatına təsiri (XIX əsrin 80–90-cı illəri)" mövzusunda tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyasını 21 may 1986-cı ildə müdafiə etmişdir "XIX-XX yüzilliyin başlanğıcında Şimali Azərbaycanda nəqliyyatın inkişafı" mövzusunda tarix elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyasını 19 iyun 2003-cü ildə müdafiə etmişdir. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının 18 yanvar 1995-ci il tarixli qərarı ilə Türk və Qafqaz xalqları tarixi kafedrasının dosenti elmi adı (diplom DY № 0621) verilmişdir. Bakı Dövlət Universiteti Elmi Şurasının qərarı ilə 11 may 2005-ci ildən Türk və Qafqaz xalqları tarixi kafedrasında professor vəzifəsində çalışır.
Elmi fəaliyyəti
- 1977–1981-ci illərdə təyinatla Füzuli rayonu Yuxarı Seyidəhmədli kənd orta məktəbində tarix, ictimaiyyat müəllimi vəzifəsində işləmişdir
- 1981-ci ildən Azərbaycan Dövlət Universitetinin SSRİ tarixi (1917-ci il Oktyabr inqilabına qədərki dövr) kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışmışdır.
- 1982–1985-ci illərdə universitetin aspiranturasında "Vətən tarixi" ixtisası üzrə təhsilini davam etdirmişdir.
- 1992-ci ildən Bakı Dövlət Universitetinin Türk və Qafqaz xalqları tarixi kafedrasında baş müəllim, dosent, professor əvəzi vəzifələrində çalışmışdır.
- Universitetdə pedaqoji fəaliyyətinin ilk illərində "Vətən tarixi" fənnindən praktik məşğələlər aparmış, mühazirə oxumağa başlamışdır.
- 1989-cu ildən isə həmçinin "XIX-XX əsrin əvvəllərində Cənubi Qafqazda nəqliyyatın inkişafı" adlı ixtisas kursunu tədris etmişdir.
- 1991-ci ildən Azərbaycan Respublikasında ali məktəb tarixində ilk dəfə "Qafqaz tarixi" fənnindən mühazirə kursu hazırlayıb tarix, şərqşünaslıq, regionşünaslıq (qafqazşünaslıq) ixtisaslarında təhsil alan tələblərə tədris etməyə başlamışdır.
- 1994-cü ildə respublikada ilk dəfə "Qafqaz tarixi" fənnindən proqram hazırlayıb nəşr etdirmişdir.
- Bu proqram Azərbaycan Pedaqoji Universitetində, Gəncə, Naxçıvan, Lənkəran universitetlərində "Qafqaz tarixi" fənninin tədrisi üçün əsas olmuşdur.
- 1998-ci ildən ali məktəbin magistr pilləsində təhsil alan tələbələr üçün "Qafqazın qədim dövlət və cəmiyyətləri" mövzusunda ixtisas kursu hazırlayıb tədris edir. 2004–2005-ci illərdə "Azərbaycan Xalq Cümhuriyyəti" ensiklopediyasında AXC-nin qonşu dövlətlərlə diplomatik münasibətləri haqqında 20-dən çox məqalə çap etdirmişdir.
Beynəlxalq seminar, simpoziyum və konfranslarda iştirakı
- Azərbaycan ali məktəb aspirantlarının V–VIII respublika elmi konfranslarında (1982–1985-ci illər)
- Azərbaycan tarixi problemləri üzrə gənc tədqiqatçıların I–III respublika elmi konfranslarında (1991, 1992 və 1995-ci illər)
- Azərbaycan Xalq Cümhuriyyətinin 80, 81, 82, 83, 84, 85 illiyinə həsr olunmuş respublika elmi konfranslarında (1998–2003-cü illər)
- Bakı Dövlət Universitetinin 80 illiyinə həsr olunmuş elmi konfransda (1998-ci il)
- Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə Tarix fakültəsi əməkdaşlarının elmi-praktik konfransında (2008-ci il)
- "Birinci dünya müharibəsi dövründə müsəlman qaçqınlara yardım haqqında". // 2014-cü ilin iyun ayında "Birinci dünya müharibəsi və Azərbaycan" mövzusuna həsr olunmuş beynəlxalq elmi konfransda məruzə. AMEA Tarix İnstitutunun Elmi Əsərlərinin 2014-cü il xüsusi buraxılışı, səh.221–224.
- Humanizm örnəyi: Azərbaycan xalqının Birinci dünya müharibəsi dövründə qaçqın, əsir və yaralılara yardımları haqqında. // 2014-cü ilin iyun ayında Azərbaycan Universitetinin təşkil etdiyi Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş respublika elmi konfransında məruzə. Bakı, Azərbaycan Universiteti nəşriyyatı, 2014,səh. s.45–51.
- ."Birinci dünya müharibəsi dövründə müsəlman qaçqınlara yardım haqqında". // 2015-ci ilin aprel ayında "Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914–1920-ci illər)" mövzusuna həsr olunmuş II beynəlxalq elmi konfransda məruzə. AMEA Tarix İnstitutunun Elmi Əsərlərinin 2015-ci il xüsusi buraxılışı, səh.177–182
- "1917–1920-ci illərdə erməni silahlı dəstələrinin Qafqazın müsəlman əhalisinə qarşı soyqırımları (Böyük Britaniya arxiv materialları əsasında)." // 2015-ci ilin aprel ayında Azərbaycan Universitetinin təşkil etdiyi "Uydurma erməni soyqırımı: yalanlar, iftiralar. Türk-müsəlman soyqırımı: faktlar, həqiqətlər" mövzusunda II beynəlxalq elmi praktik konfransda məruzə. Bakı, 2015
- "Heydər Əliyev və Azərbaycanın Dünya Birliyinə inteqrasiyası." // 2015-ci ilin iyun ayında "Azərbaycan tarixinin Heydər Əliyev epoxası" mövzusunda Azərbaycan Universitetinin təşkil etdiyi Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş beynəlxalq elmi praktik konfransda məruzə. Bakı, 2015
- 1918–1920-ci illərdə Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımlar Tarix İnstitutunun nəşr etdirdiyi sənədlərdə. // "Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914–1918-ci il-lər)" mövzusunda II beynəlxalq elmi konfransın materialları Bakı, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Elmi Əsərləri. Xüsusi buraxılış, № 52, 53, 54, 55, 2015
- Şimali Qafqazda dağlı xalqların bolşevik və denikinçi qüvvələrin qətl və qarətlərinə qarşı mübarizəsinə Cənubi Qafqaz respublikalarının yardımları. // "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914–1920)" mövzusuna həsr olunmuş III beynəlxalq elmi konfransın materialları. AMEA Tarix İnstitutunun elmi əsərləri. Xüsusi buraxılış. 2016, № 56, 57, 58, s.213–218
- Şimali Qafqaz xalqlarına qarşı denikinçi və bolşevik qüvvələrin kütləvi qətl və qarətləri ilkin mənbələrdə. // Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 və hakimiyyətə qayıdışının 23-cü ildönümünə həsr olunmuş "Türk-müsəlman əhalisinə qarşı soyqırımlar tarixi mənbələrdə"mövzusunda III beynəlxalq elmi konfransın materialları. Bakı, Azərbaycan Universiteti nəşriyyatı, 2016, s.60–67
- Multikulturalizmin Azərbaycan tarixində örnəkləri haqqında. // Heydər Əliyevin anadan olmasının 93 və hakimiyyətə qayıdışının 23-cü ildönümünə həsr olunmuş "Multikulturalizm Azərbaycanın dövlət siyasəti və cəmiyyətin həyat tərzidir" mövzusunda IV Beynəlxalq elmi konfransın materialları. Bakı, Azərbaycan Universiteti nəşriyyatı, 2016, s.51–56
- Şimali Qafqaz xalqlarına qarşı denikinçi və bolşevik qüvvələrin kütləvi qətl və qarətləri ilkin mənbələrdə. // Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 və hakimiyyətə qayıdışının 23-cü ildönümünə həsr olunmuş "Türk-müsəlman əhalisinə qarşı soyqırımlar tarixi mənbələrdə"mövzusunda III beynəlxalq elmi konfransın materialları. Bakı, Azərbaycan Universiteti nəşriyyatı, 2016, s.60–67
- 7 dekabr 2016-cı ildə "Qafqazda xristianlığın yayılması"adlı tezislə "Müstəqil Azərbaycanın 25 il ərzində keçdiyi tarixi yol" mövzusunda çıxış etmişdir.
Elmi əsərləri
- Qafqaz XVII əsrin I yarısında. — Bakı, "Tarix və onun problemləri", № 1, 2004, s.16–20
- Fədakar elm adamı. — Bakı, "Tarix və onun problemləri", № 2, 2004, s.279–282, (prof.Ə.I.Muxtarova ilə birlikdə)
- Azərbaycan Xalq Cümhuriyyətinin Şimali Qafqaz Dağlı Xalqları Ittifaqı Respublikası ilə qarşılıqlı münasibətləri. — Bakı, "Bakı Universitetinin xəbərləri". Humanitar elmlər seriyası, № 4, 2004, s.210–216
- Azərbaycan Xalq Cümhuriyyəti: nəqliyyat. — Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Ensiklopediyası. I c., Bakı, "Lider nəşriyyat", 2004, s.62–64
- Azərbaycan-Dağıstan ittifaqı. — AXC Ensiklopediyası. I c., Bakı, "Lider nəşriyyat", 2004, s.138
- Azərbaycan dəmir yolu. — AXC Ensiklopediyası. I c., Bakı, "Lider nəşriyyat", 2004, s.138–139
- Azərbaycan-Gürcüstan müqavilələri. — AXC Ensiklopediyası. I c., Bakı, "Lider nəşriyyat", 2004, s.143–144
- Azərbaycanın Batum baş konsulluğu. — AXC Ensiklopediyası. I c., Bakı, "Lider nəşriyyat", 2004, s.183
- Azərbaycanın Dağlılar Respublikasında diplomatik nümayəndəliyi. — AXC Ensiklopediyası. I c., Bakı, "Lider nəşriyyat", 2004, s.183
- Azərbaycanın Gürcüstanda diplomatik nümayəndəliyi. — AXC Ensiklopediyası. I c., Bakı, "Lider nəşriyyat", 2004, s.184
- Azərbaycanın Iranda diplomatik nümayəndəliyi. — AXC Ensiklopediyası. I c., Bakı, "Lider nəşriyyat", 2004, s.184–186
- Azərbaycanın Kubanda və Donda diplomatik nümayəndəliyi. — AXC Ensiklopediyası. I c., Bakı, "Lider nəşriyyat", 2004, s.187–188
- Azərbaycanın Zakaspidə konsulluğu. — AXC Ensiklopediyası. I c., Bakı,"Lider nəşriyyat", 2004, s.190–191
- Azərbaycanla Dağlılar Respublikası arasında müqavilələr. — AXC Ensiklopediyası. I c., Bakı, "Lider nəşriyyat", 2004, s.191–192
- Bakı-Batum dəmir yolu. — AXC Ensiklopediyası. I c., Bakı, "Lider nəşriyyat", 2004, s.196–197
- Bakı-Dərbənd dəmir yolu. — AXC Ensiklopediyası. I c., Bakı, "Lider nəşriyyat", 2004, s.200
- Dağıstan hökuməti. — AXC Ensiklopediyası. I c., Bakı, "Lider nəşriyyat", 2004, s.294–295
- Don hökuməti. — AXC Ensiklopediyası. I c., Bakı, "Lider nəşriyyat", 2004, s.309
- Ələt-Culfa dəmir yolu. — AXC Ensiklopediyası. I c., Bakı, "Lider nəşriyyat", 2004, s.336 24.
- Xəzər hərbi donanması. — AXC Ensiklopediyası. II c., Bakı, "Lider nəşriyyat", 2005, s.21–22 (tarix elm.dok. M.Süleymanov ilə birlikdə)
- Iranın Azərbaycanda diplomatik nümayəndəliyi. — AXC Ensiklopediyası. II c., Bakı, "Lider nəşriyyat", 2005, s.46–47
- Krım hökuməti. — AXC Ensiklopediyası. II c., Bakı,"Lider nəşriyyat", 2005, s.90–91
- Kuban respublikası. — AXC Ensiklopediyası. II c., Bakı,"Lider nəşriyyat", 2005, s.91
- Qafqaz konfransı. — AXC Ensiklopediyası. II c., Bakı, "Lider nəşriyyat", 2005, s.111–112
- Qantəmir Əlixan. — AXC Ensiklopediyası. II c., Bakı,"Lider nəşriyyat", 2005, s.115
- "Quba məsələsi". — AXC Ensiklopediyası. II c., Bakı, "Lider nəşriyyat", 2005, s.155–156
- Şimali Qafqaz Dağlı Xalqları Ittifaqı Respublikası. — AXC Ensiklopediyası. II c., Bakı, "Lider nəşriyyat", 2005, s.381–383
- Transqafqaz dəmir yolu haqqında saziş. — AXC Ensiklopediyası. II c., Bakı, "Lider nəşriyyat", 2005, s.408–409
- Zakaspi hökuməti. — AXC Ensiklopediyası. II c., Bakı, "Lider nəşriyyat", 2005, s.444
- Qafqaz XVII əsrin ortaları və ikinci yarısında. — Bakı, "Tarix və onun problemləri", № 3, 2005, s.12–18
- Yeni tarix. Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün dərslik. Bakı, "Əlfərül" nəşriyyatı, 2005, s.80–95, 102–103, (prof.T.T.Vəliyevlə birlikdə)
- Yeni tarix. Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün dərslik. Bakı, Çaşoğlu, 2005, s.14–26, 47–50, (prof.T.T.Vəliyevlə birlikdə)
- Azərbaycan tarixi. Ümumtəhsil məktəbinin 10-cu sinfi üçün dərs vəsaiti. Bakı,"Abituriyent" jurnalının xüsusi buraxılışı, 2005, s.88–127, 152–171
- Qafqaz tarixi (Ən qədim çağlardan bizim günlərədək). Bakalavr hazırlığıüçün proqram. Bakı, Bakı Universiteti nəşriyyatı, 2006, 64 s.
- Qafqazın qədim dövlət və cəmiyyətləri. Magistr hazırlığı üçün proqram. Bakı, Bakı Universiteti nəşriyyatı, 2006, 20 s.
- Qafqaz XVIII əsrin birinci yarısında. — Bakı, "Tarix və onun problemləri", № 4, 2006, s.34–42
- Xalq həyatının bilicisi. — Bakı, "Azərbaycan arxeologiyası və etnoqrafiyası", № 1, 2007, s.5–8, (tarix elm.dok. M.N.Rəhimova ilə birlikdə)
- Qafqazşünaslığa qiymətli töhfə. — Bakı, "Bakı Universitetinin xəbərləri". Humanitar elmlər seriyası, № 3, 2007, s.209–211
- Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanla qarşılıqlı münasibətləri (1918–1920-ci illər). — Bakı, "Bakı Universitetinin xəbərləri". Humanitar elmlər seriyası, № 4, 2007, s.66–72
- Tarixi oçerk. — Azərbaycan etnoqrafiyası. Üç cilddə. I c., Bakı, "Şərq-Qərb", 2007, s.21–66, (akad.T.Ə.Bünyadov, akad.İ.Ə.Əliyev ilə birlikdə)
- Heydər Əliyev və Müstəqil Dövlətlər Birliyi. — Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə Tarix fakültəsi əməkdaşlarının elmi-praktik konfransının materialları. Bakı, Bakı Universiteti nəşriyyatı, 2008, s.54–61
- Qafqaz tarixi (Ən qədim çağlardan bizim günlərədək). Bakalavr hazırlığı üçün metodik göstərişlər. Bakı, Bakı Universiteti nəşriyyatı, 2008, 64 s.
- "Azərbaycan Xalq Cümhuriyyətinin Dağlı Respublikasına yardımları". // "Geostrategiya" jurnalı, 2014-cü il, № 4, səh.29–33.
- "Erməni saxtakarlığının ifşası". // Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası, 2014-cü il, № 1, səh.198–200.
- "Heydər Əliyevin irsinin öyrənilməsində "Tarix və onun problemləri" jurnalının rolu". // "Tarix və onun problemləri" jurnalı, 2014-cü il, № 2, səh.5–9.
- İqtisadi tariximizi öyrənən elmi məktəb haqqında. // "Tarix və onun problemləri" jurnalı, 2014-cü il, № 4, səh.34–39.
- Sənədlər ifşa edir … AMEA Tarix İnstitutunun nəşr etdiyi sənəd topluları haqqında. // "Geostrategiya" jurnalı, 2015-ci il, № 2, səh.22–26.
- Görkəmli elm adamı, pedaqoq və təşkilatçı. // "Şərəfli ömrün elm və təhsil naxışları. Xəlil İsmayıl-70". Bakı: Mütərcim, 2015, s.55–58.
- Qafqaz Monqol yürüşləri və Ağalığı dövründə mövzusu, əsas, mənbələr və öyrənilməsi vəziyyəti. Tarix və Onun problemləri N4 2016.
Kitabları və monoqrafiyaları
- Azərbaycan nəqliyyatı və iqtisadiyyatı (XIX əsr — XX əsrin ilk onillikləri). Monoqrafiya. Bakı, Elm, 2001, 244 s.
- XIX–XX yüzilliyin başlanğıcında Şimali Azərbaycanda nəqliyyatın inkişafı. Dərs vəsaiti. Bakı, Bakı Universiteti nəşriyyatı, 1995, 115 s.
- Yeni tarix. Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün dərslik. Bakı, "Əlfərül" nəşriyyatı, 2005, s.80–95, 102–103, (prof.T.T.Vəliyevlə birlikdə)
- Yeni tarix. Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün dərslik. Bakı, Çaşoğlu, 2005, s.14–26, 47–50, (prof.T.T.Vəliyevlə birlikdə)
- Azərbaycan tarixi. Ümumtəhsil məktəbinin 10-cu sinfi üçün dərs vəsaiti. Bakı, "Abituriyent" jurnalının xüsusi buraxılışı, 2005, s.88–127, 152–171
- Şimali Qafqaz qədim dövrdə. – Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibətilə Tarix fakültəsi əməkdaşlarının elmi-praktik konfransının materialları Bakı, Bakı Universiteti nəşriyyatı, 2009
- Qafqaz tarixi (Ən qədim çağlardan XVIII əsrin sonunadək). Ali məktəblər üçün dərslik Bakı, Elm, 2009
- Şimali Qafqazın Rusiya tərəfindən işğalının başlanması haqqında Bakı, "Bakı Universitetinin xəbər-ləri". Humanitar elmlər seriyası, № 4, 2010
- Müəllimim haqqında bir neçə söz – Ə.P.Əliyevin "Azərbay- Can nefti dünya bazarında (XX əsrin 20–30-cu illəri)" adlı monoqrafiyasına ön soz və elmi reaktorluq Bakı, Elm,2011, 360 s.
- H.V.İsakovun "Azərbaycan Respublikasının "Böyük İpək yolu"nun bərpasında iştirakı (1991–2005-ci illər)" adlı monqrafiyasının elmi reaktorluğu Bakı, "Şərq-Qərb" nəşriyyat evi, 2011
- Azərbaycan tarixi. Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün dərslik. Bakı, 2016, 200 səh. (Y.Mahmudlu, M.Abdullayev, L.Hüseynova, H.Cabbarovanın-həmmüəllifliyi ilə).
- Qafqazda nəqliyyatın inkişafı. Bakı, 2019.[3][4]
Təltifləri
İstinadlar
- "Qabil Əliyev". 2020-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-30.
- İctimai elmlər kafedrası
- Azərbaycan Universitetinin professoru Qabil Əliyevin yeni kitabı çapdan çıxıb
- ""Qafqazda nəqliyyatın inkişafı" kitabı çapdan çıxıb". 2020-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-09.
- "Prezident sərəncamı: Nazirlikdə təqdimat". 2022-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
- Professor Qabil Əliyev yüksək dövlət mükafatı ilə təltif edilib
- ""Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif olunanlar" (PDF). 2019-11-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-18.