Qabil İmamverdiyev

Qabil Allahverdi oğlu İmamverdiyev (12 avqust 1926, Bakı4 may 2007, Bakı) — Azərbaycan Respublikasının xalq şairi (1992), 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976).

Qabil
Doğum adı Qabil Allahverdi oğlu İmamverdiyev
Doğum tarixi 12 avqust 1926(1926-08-12)
Doğum yeri
Vəfat tarixi 4 may 2007(2007-05-04) (80 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Uşağı Mahir Qabiloğlu[1]
Fəaliyyəti yazıçı, şair
Mükafatları "Azərbaycan Respublikasının xalq şairi" fəxri adı  — 1992 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1984 Azərbaycan SSR Dövlət mükafatı  — 1976
"İstiqlal" ordeni  — 2006 "Şöhrət" ordeni  — 1996 "Əmək igidliyinə görə" medalı

Həyatı

Qabil İmamverdiyev 12 avqust 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdində olan hazırlıq kursunda orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur (1944–1948). Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olmuşdur. "Ədəbiyyat və incəsənət" qəzetində poeziya şöbəsinin müdiri, "Azərbaycan" jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini (1975–1979) vəzifələrində işləmişdir.

AYB Ağsaqqallar Şurasının sədri olmuşdur.

Qabil 4 aprel 2007-ci ildə Bakıda vəfat etmişdir[2]. 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir. 2016-cı ildə "Palmali" Şirkətlər Qrupu tərəfindən 7100 tonluq neft tankerinə adı verilmişdir — "POET QABİL". 2017-ci ildə isə bu tankerə sahib çıxan Azərbaycan Dövlət Neft Şirkətinin qərarı ilə bu ad gəmidən silinmişdir.

Mükafatları

Filmoqrafiya

  1. Qabil (film, 2001)

Kitabları

  • Seçilmiş əsərləri. Bakı: "Şərq-Qərb", 2004.
  • Mənim mavi Xəzərim 1959
  • Ömrüm boyu 1962
  • Nəsimi 1980 (I–III kitab)
  • Ömrün həbləri 1989
  • İlahi qisməti 2001
  • Dostlarım, tanışlarım 2002
  • Seçilmiş əsərləri — I cild. Bakı, "Şərq-Qərb", 2016 (90 illiyinə)
  • Seçilmiş əsərləri — II cild. Bakı, "Şərq-Qərb", 2016 (90 illiyinə)
  • Əsərlər (7 cildlik külliyyat) — 1–7 cild (2017) — Oğlu Mahirdən xatirə

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.