Qabes (Tunis)

Qabes [1]Tunisin Qabes vilayətinin mərkəz şəhəridir.Qabes 152.921 əhali ilə Tunisin ən böyük 6-cı şəhəridir.Qabes [2] paytaxt Tunisə 327 km,Sfaksa isə 113 km uzaqlıqda Qabes körfəzinin sahilində yerləşir.

Qabes
Gerb
Gerb
33°52′53″ şm. e. 10°05′54″ ş. u.
Ölkə Tunis
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1 m
Əhalisi
Əhalisi 152.921 nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi 6000
Digər
commune-gabes.gov.tn
Qabes xəritədə
Qabes
Qabes
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

Şəhər Roma dönəmindən mövcud olmuşdur.Şəhər haqqında StrabonPlini kimi tarixçilər məlumat vermişdir.Bir müddət sonra öz əhəmiyyətini itirən şəhər yepiskoplar üçün bir məntəqəyə çevrilmişdir.

  • 7-ci əsrdə Ərəb xilafəti bölgəni fəth etmişdir.
  • 1574-cü ildə şəhər Osmanlıların Tunisi işğal etməsindən sonra Osmanlının Tunis əyalətinin bir parçası olmuşdur.
  • 1881-ci ildə Qabes Fransızların əlinə keçdi
  • 1940-cı ildə Almanların Fransanı məğlub etməsindən sonra şəhər Almanların nəzarətinə keçdi.
  • 1943-cü ildə İngilislərin köməyi ilə şəhər yenidən Fransız nəzarətinə keçdi.Bu zaman şəhər infrastrukturuna ciddi ziyan dəydi.
  • 1945-ci ildə şəhər yenidən inşa olunmağa başlandı.
  • 1956-cı ildə Tunisin Fransadan müstəqilliyini qazanması ilə şəhər Tunisin bir parçası oldu.

Təhsil

Şəhərdə Qabes üniversiteti yerləşir.

Sənaye

Qabes Tunisin ən böyük sənaye şəhərlərindən biridir.Sənaye sahələrinin əsası kimya sənayesinə aitdir,buna görə də şəhərdə yerləşən Qabes Üniversiteti Tunisdəki ən yaxşı kimya dərəcələrini təklif edir.Əsas sənaye məhsulları:

  • Sement
  • Kimya məhsulları
  • Kərpic
  • Emal olunmuş yağ

Sürətlə artan fabrika sayı bölgənin və Qabes körfəzinin ciddi şəkildə ekoloji çirklənməsinə səbəb olur.Hökümət son illərdə çirklilik miqdarını azaltmaq üçün layihələr və qanunlar üzərində işləyir.

Nəqliyyat

Şəhərə Matmata Beynəlxalq Hava Limanı xidmət edir. Şəhərdə ola biləcək ən dar dəmiryolu xətləri (1000 mm-lik) mövcuddur.Şəhərdən keçən dəmiryolu xətti Liviya sərhəddindəki Ras Əjdər qəsəbəsinə qədər uzanır.Qabes Tunisin ən böyük limanlarından da birinə sahibdir.Əsasən Qafsa şəhərindən mədən məhsulları tədarükü üçün istifadə olunur.

İqlim

Qabes subtropik iqlimin Aralıq dənizi tipinin səciyyəvi olduğu bir ərazidə yerləşir[3].Burada qışlar nisbətən yağıntılı və mülayim ,yay isə isti və quru keçir.

Turizm

Qabes bazarları,plajları və qeyri adı dəniz kənarı vahəsi ilə tanınır.Ən yaxşı plajı şəhərin cənubundakı Lemaya plajıdır.Hökümət burada turizm bölgəsi inşa etməyi planlayır.Qabesin dünyada bənzəri olmayan bir özəlliyi var.Burada dağ,dəniz,vahəçöl tapa bilərsiniz.Şəhər Ramazan ayında canlanır.Burada ən çox ziyarət edilən yer Matmata qəsəbəsidir.

İstinadlar

  1. https://www.collinsdictionary.com/dictionary/english/gabes/ Arxivləşdirilib 2019-08-10 at the Wayback Machine Qabes
  2. https://web.archive.org/web/20220827150022/https://www.dictionary.com// Qabes,Oksford yayımları
  3. Qabes iqlimi/
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.