Qabarma və çəkilmə
Qabarma və çəkilmə (mədd və cəzr) bir göy cisimi üzərində başqa göy cisimlərinin tətbiq etdiyi kütlə çəkilişi qüvvətləri səbəbiylə olan forma pozulmaları deməkdir. Ən çox bilinəni, Ay və Günəşin nisbi mövqelərindəki dəyişmələrin təsiriylə Yer səthində dəniz səviyyəsində ortaya çıxan dövrlü dəyişmələrdir.
Bir gündə, müəyyən saatlarda yer üzündəki suların ard-arda alçalma və yüksəlməsinə qabarma-çəkilmə hadisəsi deyilir. Qabarma-çəkilmə hadisəsinin meydana gəlməsi ayın çəkiliş qüvvətidir. Bu çəkiliş qüvvəti; Ay yer kürəsinin ətrafına dolanarkən dəyişik bölgələri təsir edər və uzaqlığa görə dəyişər. Ay yer planetindən uzaqlaşsa çəkiliş qüvvəti azalar, yaxınlaşdıqca çəkiliş qüvvəti artar. Qabarma-çəkilmə hadisəsi okeanlara daha çox təsir edər.
Ay yer kürəsi ətrafında dönərkən, yer kürəsinin bir üzü aya daim daha yaxındır. Bu vəziyyətdə aya yaxın yerdəki sular ay tərəfindən özünə doğru çəkilərlər. Bu vaxt qabaran suların arxasında olan boşluqları yanlardan gələn sular doldurar. Beləcə planetdə aya nazir səthində sular yüksələrkən, digər yerlərdə alçalar. Bu yüksəlmə və alçalma bir-birini davamlı izlər.
Günəşdə qabarma-çəkilmə hadisəsinə təsir edər. Ay yer kürəsi ilə günəş arasındaykən bu təsiri azdı, hamısı bir istiqamətdəykən isə çoxdu. Qabarma-çəkilmə hadisəsi ilk və ikinci dördün mərhələlərində ən aşağı, yeni ay və bütöv ay dövrələrində ən böyük dəyəri götürər. Bir yerdə sular qabararkən ay o yer üçün səmanın ən yüksək nöqtəsindədir.
Hər hansı bir yerdə qabarma-çəkilmə hadisəsi hər gün eyni saatda olmaz. Bir əvvəlki gündən 50 dəqiqə daha keç meydana gələr. Səbəbi isə Yer planeti ilə ayın eyni istiqamətdə dönməsidir.
Qabarma-çəkilmə hadisəsindəki sürtünmələrdən ötəri yer kürəsinin öz ətrafındakı dönmə sürəti azalar. Beləcə günlər yavaş yavaş uzanar. Qabarma-çəkilmə hadisəsindəki sürtünmə planetimizin dönmə sürətində yavaşlamağa səbəb olarkən, ayın da hər il yerdən 12,7 sm uzaqlaşmasına səbəb olar.
Qabarmalar
Ayın və Günəşin cazibə qüvvəsi təsiri ilə okean (dəniz) səviyyəsinin dövri tərəddüdlərinə (dənizQ.-1 ) həmin qüvvələrin təsiri altında litosfer səthinin deformasiyasına (quru səthinin Q.-1) deyilir. Ayın qabarma əmələ gətirici qüvvəsi nisbətən, təxminən 2,2 dəfə artıqdır. Əsasən üç qabarma tipi ayırırlar; 1. yarımsutkalıq, 2. qarışıq, 3. sutkalıq Qabarma Dəniz qabarmalarının hündürlüyü və xarakteri yerin, ayın və günəşin qarşılıqlı yerləşməsindən, coğrafi enlikdən, dənizin dərinliyindən və sahil xəttinin formasından asılıdır. Nəzəri olaraq Ayın təsiri ilə yaranan qabarmanın hündürlüyü 0,53 m-ə, Günəş qabarmasının hündürlüyü isə 0,24 m-ə bərabərdir (0,53+0,24=0,77). Okeanın açıq sahələrində qabarmanın hündürlüyü 1,0-1,1 m olub, nəzəri rəqəmə yaxındır. Sahillərdə qabarmanın hündürlüyü orta hesabla 2 m-ə, dar, ensiz körfəzlərdə isə 16-18 m-ə çatır. Dünya okeanında ən hündür qabarma fandi körfəzinin Noel buxtasında (Atlantik okeanı) müşahidə edilərək 18 m-dir. Quru səthində qabarmanın hündürlüyü bir neçə on santimetrə çatır. Məs: Moskvada qabarmanın hündürlüyü 50 sm-ə yaxındır, yəni şəhərin ərazisi sutka ərzində iki dəfə yarım metr rəvan qalxır və sonra eləcə də rəvan enir.[1]
İstinadlar
- Ş.G.Həsənov, S.B.Məmmədov, Y.Q.Əliyev. İzahlı Ensiklopedik Coğrafiya Terminləri Lüğəti « Təhsil» Bakı- 2005.