Qabaqtəpə dağı (Şahbuz)

QabaqtəpəŞahbuz rayonu ərazisində dağ (hünd. 2175,5 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Səngər yüksəkliyindən (2915,8 m) cənuba ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Badamlı kəndindən 4 km şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinin üst hissəsinə aid Alt Paradaş lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentində, onun Nursu mərkəzi əyilməsinin strukturuna aid Nursu-Qabaqtəpə sinklinalının nüvə hissəsində yerləşir. Zirvə hissəsindən və cənub-qərb yamacından şimal-şərq istiqamətli fay-yerdəyişmə qırılmaları keçir.[1]

Qabaqtəpə
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2175,5 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.