Qabaqdağ
Qabaqdağ — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində dağ (hünd. 1719,5 m). Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun suayırıcısındakı Yağargədik yüksəkliyindən (2049,8 m) cənub-qərbə istiqamətlənmiş Ardıc şaxəsininsuayırıcısında zirvə. Bağırsaqdərəçayın sol sahilində, Günnüt kəndindən 7,5 km cənubdadır. Üst Devonun Famen mərtəbəsinin alt yarımmərtəbəsinə cavab verən eyniadlı lay dəstəsinin kvarsit və əhəngdaşılarından təşkil olunmuş hamar təpəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-qərb hissəsində izlənilən Münhbalaoğlu-Qabaqdağ sinklinalının nüvə hissəsində yerləşir. Yamaclarından müxtəlif istiqamətli fay, fay-yerdəyişmə və əks-fay qırılmaları keçir.[1]
Qabaqdağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1719,5 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
İstinadlar
- Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.