Qabaqçöl
Qabaqçöl — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Balakən rayonunun Xalatala, Meşəşambul və Şərif kəndlərindən ayrılmış ərazidəki yaşayış məntəqəsi Qabaqçöl adı ilə rayonun yaşayış məntəqələri siyahısına daxil edilərək şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və bu qəsəbə mərkəz olmaqla Qabaqçöl qəsəbə Soveti yaradılmışdır.[1]
Qabaqçöl | |
---|---|
41°43′12″ şm. e. 46°15′53″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 267 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
|
Əhalisi
Əhalisinin milli tərkibinin hamısını Avarlar təşkil edir. 2009-cu il əhali siyahıyaalınmasına əsasən qəsəbədə 999 nəfər (456 nəfəri kişilər, 543 nəfəri qadınlar) əhali yaşayırdı.
Tanınmış şəxsləri
- Rəsul Çunayev
- Murad Bazarov
- Hacımurad Bağmanov
- Hacımurad Çopsiyev
İqtisadiyyatı
Əhali əsasən kənd təsərrüfatı, fermer təsərrüfatı və kiçik bizneslə məşğul olur.
İstinadlar
- "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-06.
Xarici keçidlər
- Azərbaycan Milli Məclisinin orqanı - Azərbaycan Qəzeti :Burada pəhləvanlar yetişir
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.