Qaşqay Ziyəddinoğlu
Qaşqay Ziyəddin oğlu Ramazanov (6 oktyabr 1972, Ermənistan) — Azərbaycan jurnalisti, siyasi elmlər üzrə fəlsəfə doktoru, publisist.[1]
Qaşqay Ziyəddinoğlu | |
---|---|
azərb. Ramazanov Qaşqay Ziyəddin oğlu | |
Doğum tarixi | 6 oktyabr 1972 (51 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Uşağı | 2 |
Elm sahəsi | Beynəlxalq jurnalistika |
Elmi dərəcəsi | Siyasi elmlər üzrə fəlsəfə doktoru |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Qaşqay Ziyəddinoğlu 6 oktyabr 1972-ci ildə anadan olmuşdur. Bakı şəhərindəki 270 №-li orta məktəbin məzunudur. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.[2]
Ailəsi
Ailəlidir, iki övladı var.
Jurnalist fəaliyyəti
25 ildən çoxdur ki, Azərbaycan mətbuatında jurnalist fəaliyyəti ilə məşğuldur. 1995-ci ildən, Azərbaycanda nəşr olunan "Avrasiya", "Vətəndaş", "Retro", "Dövran", "Yeni Avrasiya", "Mərkəz" və digər qəzetlərdə müxbir, məsul katibin müavini, məsul katib, şöbə müdiri, redaktor, baş redaktorun birinci müavini vəzifələrində çalışmış və "Xalq qəzeti", "İki sahil", "Yeni Azərbaycan" və ölkənin digər aparıcı KİV və media qurumları ilə əməkdaşlıq etmişdir.[2]. Hazırda "Yeni Azərbaycan" qəzetində işləyir.
Uzun müddət Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatında bölmə rəisi və redaktor, "Hərbi bilik" jurnalında redaktor vəzifələrində çalışmışdır. Jurnalsit-tədqiqatçı kimi bir çox layihələrdə və müsabiqələrdə iştirak etmiş, yüksək nailiyyətlər əldə etmişdir. Jurnalistika sahəsində fəaliyyəti boyunca yüzlərlə elmi-publisistik, siyasi və sosial yönümlü təhlil yazılarla yanaşı, onlarca elmi məqalə, çoxsaylı kitabların həmmüəllifi və redaktoru olmuşdur.
Elmi fəaliyyəti
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu kimi media sahəsində çalışmaqla yanaşı, elm sahəsində də fəaliyyətini davam etdirmişdir. 2011–2015-ci illərdə BDU-nun beynəlxalq jurnalistika kafedrasının doktoranturasında təhsil almış və 22 iyun 2018-ci ildə "Silahlı münaqişə zonalarında jurnalist fəaliyyətinin nəzəri və praktik aspektləri" mövzusunda dissertasiya işini müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 04.03.2020-ci il tarixli qərarı ilə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Təltifləri
Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul 2020-ci il tarixində imzaladığı 2170 nömrəli Sərəncamı ilə Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.[3]
Elmi əsərləri
Azərbaycan dilində
- Müharibə jurnalistikasinda obyektivliyin qorunması və psixoloji təsir məsələləri "Hərbi bilik", Bakı: 2016, № 2 (140), s.94–102 (http://mod.gov.az/jurnal/2016/HB_jurnali_2016-2.pdf)
- I Qarabağ müharibəsində ermənilərin törətdiyi cinayətlər və hərbi işğal rejiminin mahiyyəti "Milli təhlükəsizlik və hərbi elmlər", № 2 (1), Bakı: 2016, s-103–107
- Silahlı münaqişələr hüququnun yaranma tarixi və mahiyyəti "Hərbi bilik", Bakı: 2015, № 4 (136), s.70–82 (http://mod.gov.az/jurnal/2015/HB_jurnali_2015-4.pdf Arxivləşdirilib 2016-08-05 at the Wayback Machine)
- Silahlı münaqişələrin işıqlandırılmasında obyektivlik problemləri. "Müstəqillik dövrü Azərbaycan jurnalistikasının aktual problemləri" mövzusunda elmi-praktik konfransın materiallar toplusu "Jurnalistika" ictimai-siyasi humanitar elmlər seriyası, 2015, № 3, s.118–127
- Müharibə hüququnun tətbiqi şəraitində jurnalist fəaliyyətinin nəzəri aspektləri "Tarix və onun problemləri", № 2, Bakı: 2015, s.80–90
- Silahlı münaqişələr hüququnun yaranma tarixi və mahiyyəti. "Hərb elminin inkişaf perspektivləri" mövzusunda elmi-praktik konfransın materiallar toplusu "Milli təhlükəsizlik və hərbi elmlər", Bakı: 2015 № 1(1), s.298–305
- Qarabağ müharibəsində jurnalistlərin rolu "Hərbi bilik", Bakı: 2014, № 4 (130), s.80–90 (http://mod.gov.az/jurnal/2014/HB_jurnali_2014-4.pdf Arxivləşdirilib 2015-03-18 at the Wayback Machine)
- Silahlı münaqişə zonalarında hərbi jurnalistlərin fəaliyyət praktikası "Hərbi bilik", Bakı: 2013, № 3 (123), s.77–89 (www.elibrary.az/cgi/…/cgiirbis_64.exe?)
- BBC radiosunun xaricə yayımı və Azərbaycan Xidmətinin fəaliyyəti. "Molla Nəsrəddin" jurnalının 100 illik yubileyinə hsr olunmuş elmi-praktik konfransın materiallar toplusu Bakı: 2006, s.122–128
Türk dilində
- Savaş muhabirliğinin tarihi ve bu tür gazeteciliğin çağdaş sorunları "Erciyes", Kayseri: 2015, № 451, s.21–28 (www.erciyesdergisi.com/i/yazarlar-19.html, docplayer.biz.tr/2831148-Erciyes-icindekiler-sayfa.html)
- Uluslararası İnsancıl Hukuk ve Savaş Ortamında Gazetecilik Faaliyetinin Hukuki Yönleri. Erciyes Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi, Kayseri: 2016, № 30 (41) , s. 29–51. (http://dergipark.gov.tr/erusosbilder/issue/26810/282084 Arxivləşdirilib 2017-05-24 at the Wayback Machine)
Rus dilində
- Cоциальные и правовые аспекты журналистики конфликта. Филология и культурология: современные проблемы и перспективы развития: сборник материалов 20-й международной науч.-практ. конф. (г. Махачкала, 15 мая 2016 г.), Махачкала: ООО "Апробация", 2016, с. 61–62
- Права журналистов в зонах вооруженных конфликтов и документы, регулирующие их действия "Проблемы современной науки и образования / Problems of modern science and education", № 16 (58), 2016, с. 74–75 (ipi1.ru/s/10–00–00-filologicheskie-nauki/860-prava-zhurnalistov-v-zonakh.html)
İstinadlar
- Qafar Çaxmaqlı, "Dağlıq Qarabağ işğaldan əvvəl … və sonra" Arxivləşdirilib 2017-08-28 at the Wayback Machine. (Azərbaycanca), Bakı, "Hərbi Nəşriyyat", 2009.
- "Hərbi jurnalistika" (PDF). Hərbi bilik jurnalı (az.). mod.gov.az. 2016. 2016-11-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-11-02.
- "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 2020-07-22. 2021-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.