Qaşqa

Qaşqa — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.[2][3]

Kənd
Qaşqa
39°49′58″ şm. e. 45°01′34″ ş. u.
Ölkə  Ermənistan
Region [[Vedibasar mahalı]]
Rayon [[Vedi rayonu]]
Tarixi və coğrafiyası
Sahəsi
  • 15,13 km²
Mərkəzin hündürlüyü 1.830 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 178 nəf. (2011)[1]
Rəsmi dili
Qaşqa xəritədə
Qaşqa
Qaşqa

Tarixi

Rayon mərkəzindən 45 km məsafədə, Ağdərə dərəsində, Çalaxçı çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir. Kənddə 1831-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır[5].

Toponimi

Toponim qədim türk tayfalarından biri olan qaşqay etnonimi[6][7][8] əsasında əmələ gəlmişdir. "Qaşqa" qaşqay etnoniminin fonetik formasıdır. 1728-ci ilə aid mənbədə Kaşka kimidir[9][10] [170, 15]. Ehtimal ki, İranda yaşayan Kaşkay türk tayfasının adını əks etdirir. Kaşkayların mənşəyi qaranlıqdır. Ehtimal ki, xakaslarda Kaska və Aq Kaska tayfaları[11] tayfaları ilə eyni mənşəlidir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10. IX.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vardaşat qoyulmuşdur.

Əhalisi

1948-ci ildə əhalisi Azərbaycana köçürülmüş və ermənilər yerləşdirilmişdir. Sonra xaricdən — İran və Türkiyədən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir və bununla kənd tam surətdə ermənilərin yaşayış məntəqəsinə çevrilmişdir.[12]

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб.,. 1852.
  4. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s. 125
  5. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.156
  6. İbrahimov (Şahin) T.Ə. Qaşqaylar. Bakı: Elm. 1988. səh. 72–95.
  7. Seyidov M.Ə. Azərbaycan xalqının soykökünü düşünərkən,. Bakı: Yazıçı. 1989. səh. 20–21..
  8. Azərbaycan onomastikası problemlərinə həsr olunmuş III elmi-nəzəri konfransın materialları (28–29 mart 1990-cı il),APİ. Bakı. 1990. səh. 187–188.
  9. Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri. .
  10. Qızılbaşlar tarixi. . 1995. Bakı.
  11. Баскаков Н.А. Топонимы алтайцев, киргизов, тувинцев, хакасов как источник топогенетических связей этих народов между собой. «Ономастика Киргизии. I. 1985. səh. 23.
  12. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гашга // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.