Qaş

Qaş — gözün üstündə yerləşən sıx tük örtüyü.

Qaş

Qaşın funksiyası

Hər iki gözün üstündə yerləşən qaşlar tədricən üzün yanlarına doğru meyillənir. Alında yaranan tər damcıları qalın tük örtüyünü keçə bilmir və qaşlar vasitəsilə üzün yanlarına yönləndirilir. Beləliklə, gözlər şor tər damcılarından qorunmuş olur.

Müxtəlif mədəniyyətlərdə qaşlar

Çin mədəniyyətində müdriklərin uzun ömrünü vurğulamaq üçün müdriklər çox uzun qaşlı təsvir olunur. Çox uzun qaşlar Çində uzunömürlülük, müdriklik rəmzi sayılır.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.