Qaçqınlar (film, 1994)
Qaçqınlar | |
---|---|
Janr | tarixi |
Rejissor | Cahangir Zeynallı |
Ssenari müəllifi | Cahangir Zeynallı |
Operator | Tofiq Sultanov |
İstehsalçı | "Zeyncfilm" studiyası |
İlk baxış tarixi | 1994 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | Azərbaycan |
İl | 1994 |
Texniki məlumatlar |
2 hissə 560 metr 35 mm |
Rəng | rəngli |
Məzmunu
Kinolentdə öz əzəli torpaqlarından, yurd-yuvalarından erməni daşnaqlarının vəhşicəsinə qovduğu, didərgin salqığı, öz vətənində qaçqına çevrilmiş, vətənsiz qalmış yüz minlərlə azərbaycanlının acı taleyindən danışılır.
Filmdə 1948-ci ildə həmyerlilərimizin Ermənistandan həyasızcasına qovulmasını, lakin Azərbaycanda təntənə ilə, gül-çiçəklə, "sevinc"lə qarşılanmasını əks etdirən nadir xronikal kadrlardan da istifadə olunmuşdur.
Festivallar və mükafatlar
- 1)1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsi
- Ən yaxşı sənədli filmə görə rejissor Cahangir Zeynallıya Diplom və Priz verilmişdir.
Film haqqında
Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər
- Rejissor: Cahangir Zeynallı
- Ssenari müəllifi: Cahangir Zeynallı
- Operator: Tofiq Sultanov
- Səs operatoru: Kamal Seyidov
Sponsor
- "Azərkinovideo" İB
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.