Qaçaq Kərəm

Qaçaq Kərəm — XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbi Azərbaycan, Türkiyə, İranRusiyada tanınmış qaçaq. O dövrdə Qazaxın məşhur zadəganlarından olan İsrafil ağa ilə qan düşməni olmuşdur.

Qaçaq Kərəm
Kərəm İsgəndər oğlu
Doğum tarixi
Doğum yeri Qazax qəzası, Qıraq Kəsəmən
Vəfat tarixi
Vəfat yeri İran, Tehran
Qaçaq Kərəmin durbini, Hüseyn Arifin ev-muzeyi.

Həyatı

On beş il qaçaqlıq eləyən Qaçaq Kərəm 1860-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdur. Molla Zalın nəvəsi, Nəcəflilər soyunun ulu babası olan Qaçaq Nəcəfin (Molla Zalın qardaşı) qardaşı nəvəsi, silahdaşlarından olan Balasöyünün dayısı oğludur. Onun atası Molla Zal oğlu İsgəndər kəndlilərin haqqını müdafiə etdiyi üçün qolları qandallanıb, Sibirə sürgün edilmişdir, lakin sürgündən qaçaraq yenidən öz doğma diyarında at belində görünmüşdür.[1] Molla Zal oğlu İsgəndər öldürüldükdən sonra onun yarağını oğlu Kərəm götürmüşdür.

Azacıq sonra Kərəm nəinki AzərbaycanDağıstanda, eləcə də, bütün Zaqafqaziyada ümumxalq məhəbbəti qazandı. Bunun səbəbi həm onun cəsurluğu, həm də ədalət hissinin güclü olması idi. M. Qorki haqlı olaraq yazırdı; "Eşitdiyim külli miqdarda hekayələrdə Kərəm insanpərvər və özünə yaxın hesab etdiyi şəxslərə bacardığı qədər kömək göstərmək istəyən bir adam kimi verilir".

Zaqafqazyanın müxtəlif guşələrində Kərəmin igidliyi ilə bağlı xalq arasında bir sıra yer adları vardır; "Kərəm körpüsü", "Kərəm payası", "Kərəm bazarı"; "Kərəm çalası", "Kərəm yolu", "Kərəm payı", "Kərəm bulağı", "Kərəm meydanı" və s.

Qaçaq Kərəm 1910-cu ildə İranda Vəfat edib.

Qaçaq Kərəm ailəsi:

  • Kərəmin atası-Molla Zal oğlu İsgəndər
  • Kərəmin anası-Fəxrənsə xanım
  • Kərəmin bibisi-Zal qızı Gülnaz
  • Kərəmin qardaşları-Məcid, Əsəd, Həmid, Mədəd, Yusif, Atası öldürüləndə anası hamilə olur sonra dünyaya gələn qardaşının adını İsgəndər qoyurlar.
  • Kərəmin bacıları-Zalxa, Başxanım.
  • Kərəmin nişanlısı-Zibeydə (Dağ Kəsəməndəndir)

Qaçaq Kərəmin Silahdaşları:

  1. Balasöyün- Kərəmin bibisioğludur
  2. İsmayıl- İncəli (Aslanbəyli)
  3. İsfəndiyar-Haqqıxlı
  4. Təhməz
  5. Omar-Gürcüstanlı
  6. Cahangir
  7. Bayram- İncəli
  8. Usuf
  9. Abbas
  10. Nirvəli- Kəsəmən
  11. Alıcan
  12. Səməd
  • Qaçaq dəstənin əsas üzvləri Kərəmlə birlikdə 13 nəfər olub

Həmçinin bax

İstinadlar

  1. Şəmistan Mikayılov. Azərbaycan ədəbiyyatında at mənəvi dəyər kimi. "Təhsil problemləri", 8–15 iyul 2016-cı il, səh. 4–6.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.