Qəzyan (Qubadlı)

Qəzyan, QazyanAzərbaycan Respublikasının Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində kənd.[1]

Qəzyan
39°17′29″ şm. e. 46°40′08″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Qəzyan xəritədə
Qəzyan
Qəzyan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.

Toponimikası

Qəzyan kəndi Bərgüşad (Bazarçay) çayının sahilində, dağlıq ərazidədir. Düzgün adı Qaziandır (yəni “qazılar”). Ərəb dilində qazi “kafirlərə qarşı vuruşan döyüşçü və dəstə, qoşun başçısı” mənasındadır. Orta əsrlərdə qazilər həm sərhəd qoşunu, həm də dini qurumların və dövlətin başlıca zərbə qüvvəsini təşkil edirdilər. “Kitabi-Dədə Qorqud”da qazı-ərənlər formasında işlənir. Qızılbaş tayfaları içərisində qazilər (qazian) tayfası da vardı. Respublika ərazisindəki Qazian adlı toponimlər bu tayfanın adı ilə bağlıdır.[2]

Əhalisi

Tanınmışları

Həmçinin bax

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.