Qəzənfər Ağayev (dövlət xadimi)

Qəzənfər Ağayev (tam adı: Qəzənfər Arif oğlu Ağayev; 2 noyabr 1961, Naxçıvan) — azərbaycanlı dövlət xadimi; Yardımlı rayonunun İcra Hakimiyyətinin Başçısı (2006), Masallı rayonunun İcra Hakimiyyətinin Başçısı (2006–2012), Astara rayonunun İcra Hakimiyyətinin Başçısı (2012—).

Qəzənfər Ağayev
bayraq
Astara Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
Vəzifədədir
14 aprel 2012-ciildən
ƏvvəlkiTaleh Qaraşov
bayraq
Masallı Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
30 sentyabr 2006 14 aprel 2012
ƏvvəlkiOqtay Əliyev
SonrakıRafil Hüseynov
bayraq
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
24 mart 2006 30 sentyabr 2006
ƏvvəlkiSüleyman Mikayılov
SonrakıXəzər Aslanov
bayraq
Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini
bayraq2
2005 2006
BaşçıSüleyman Mikayılov
Şəxsi məlumatlar
Doğum tarixi 2 noyabr 1961(1961-11-02) (62 yaş)
Doğum yeri
Təhsili

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Həyatı və Ali təhsili

Qəzənfər Ağayev 1961-ci il noyabr ayının 2-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. Qəzənfər Ağayev Azərbaycan Texnologiya UniversitetindəAzərbaycan Dövlət İqtisad Universitetində ali təhsil almışdır.

Əmək fəaliyyəti

Qəzənfər Ağayev 1984–1986-cı illərdə Naxçıvan şəhərində inşaat trestində, 1987–1990-cı illərdə isə Naxçıvan Şərab Emalı Zavodunda müxtəlif vəzifələrdə çalışmışdır.

1994–2000-ci illərdə "Xal-xal" Kommersiya Firmasının rəhbəri olan Qəzənfər Ağayev, 2000–2005-ci illərdə Vergilər Nazirliyində bir sıra rəhbər vəzifələrdə çalışmışdır.

Qəzənfər Ağayev 2005-ci ildən 2006-cı ilə qədər Yardımlı rayonunun icra başçısının sosial-iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin 24 mart 2006-cı il tarixli Sərəncamı ilə Qəzənfər Ağayev Yardımlı rayonunun icra başçısı vəzifəsinə təyin edilib.[1] O, 30 sentyabr 2006-cı il tarixli Sərəncama əsasən isə tutduğu vəzifədən azad edilib.[2]

Azərbaycan Prezidenti İlham Əliyevin 30 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Qəzənfər Ağayev Masallı rayonunun icra başçısı vəzifəsinə təyin edilib.[3] O, 14 aprel 2012-ci il tarixli Sərəncama əsasən isə tutduğu vəzifədən azad edilib.[4]

Azərbaycan Prezidenti İlham Əliyevin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Qəzənfər Ağayev Astara rayonu icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.[5]

Ailəsi

Qəzənfər Ağayev ailəlidir, 2 övladı var.

İstinadlar

  1. "Qəzənfər Arif oğlu Ağayevin Yardımlı rayonunun icra başçısı vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Prezidentinin 24 mart 2006-cı il tarixli 1364 nömrəli Sərəncamı  (az.)". www.e-qanun.az. 20.06.2019. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-19.
  2. "Qəzənfər Arif oğlu Ağayevin Yardımlı rayonunun icra başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Prezidentinin 30 sentyabr 2006-cı il tarixli 1701 nömrəli Sərəncamı  (az.)". www.e-qanun.az. 20.06.2019. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-19.
  3. "Qəzənfər Arif oğlu Ağayevin Masallı rayonunun icra başçısı vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Prezidentinin 30 sentyabr 2012-ci il tarixli 1702 nömrəli Sərəncamı  (az.)". www.e-qanun.az. 20.06.2019. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-19.
  4. "Qəzənfər Arif oğlu Ağayevin Masallı rayonunun icra başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Prezidentinin 14 aprel 2012-ci il tarixli 2170 nömrəli Sərəncamı  (az.)". www.e-qanun.az. 20.06.2019. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-19.
  5. "Qəzənfər Arif oğlu Ağayevin Astara rayonunun icra başçısı vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Prezidentinin 14 aprel 2012-ci il tarixli 2170 nömrəli Sərəncamı  (az.)". www.e-qanun.az. 20.06.2019. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-19.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.