Qətər gerbi
Qətər gerbi (ərəb. شعار قطر; ing. State of Qatar) — Qətərin dövlət rəmzlərindən biri.
Qətər gerbi | |
---|---|
ərəb. شعار قطر | |
Detallar | |
Armiger | Qətər |
Təsis edilib | 1976 |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
Ərəb yarımadasının şərqində olan Fars körfəzinə uzanan Qətər şimal-qərbdən Bəhreyn, qərb və cənubda Səudiyyə Ərəbistanı və şərqdə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Tək quru sərhəd qonşusu Səudiyyə Ərəbistanı olub digər tərəfləri Fars körfəzi ilə əhatə olunub[1] Bu ölkənin dövlət rəmzləri: Qətər bayrağı, Qətər gerbi və Qətər himnidir. Çevrə (və ya dairə) formasında olan Qətər gerbindəki sarı dairədə iki iç-içə keçmiş ağ əyri qılınc vardır. Qılıncların arasında iki xurma ağacı olan bir adanın yanında mavi və ağ dalğalarda üzən bir gəmi var. Dairə üfüqi olaraq bölünən yuvarlaq bir obyektlə əhatə olunmuşdur. Ağ bölmədə Qətər dövlətinin adı qara kufi xətti ilə yazılmış, tünd qırmızı rəngli bölməsində isə ingiliscə Qətər dövləti sözü ("ing. State of Qatar") yazılmışdır. Hazırkı versiya 1976-cı ildə tətbiq olunub və 1966-cı ildən bəri istifadə edilən və iki əyri qılıncdan, bir inci qabığından və "Qətər" markalı iki palma ağacından ibarət idi[2] Gerbin bir neçə elementi bir sıra Yaxın Şərq ölkələrinin milli emblemlərində səsləndirilir: Səudiyyə Ərəbistanı gerbindəki ənənəvi ərəb əyri qılıncı həmçinin Omanın gerbində də mövcuddur; gəmi həmçinin Küveytin gerbində də vardır. Xarici üzüklərin rəngləri və ayrılması Qətər bayrağından[3] gəlir.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- http://ekonomi.milliyet.com.tr/iste-dunyanin-en-zengin-ulkesi/ekonomi/ekonomidetay/27.02.2012/1508403/default.htm%5B%5D Milliyet 2012-02-27
- "FOTW - Qatar". 2013-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
- ".(28:11) عند استخدام العلم خارج المباني، داخل دولة قطر، فإنه يجب أن تكون النسبة بين طول وعرض العلم" (When using a flag outside of buildings within the State of Qatar, the ratio between the length and the width of the flag should be 11:28.) - Law No. 14 on the Flag of Qatar - Qatar Legal Portal Arxivləşdirilib 2017-04-13 at the Wayback Machine