Qərbi Sahara

Qərbi Böyük Səhra (ərəb. الصحراء الغربية əs-Səhra' əl-Ğərbiyyə, İspan : Sahara Occidental, Bərbəricə : Taneẓroft Tutrimt), Afrika qitəsinin şimal-qərbində yerləşən və 1975-ci ildə koloniya ölkəsi İspaniya tərəfindən tərk edildikdən sonra Mərakeş tərəfindən haqq iddia edilən və hal-hazırda da üçdə ikisini həqiqətən idarə etdiyi bölgədir. Bütöv bölgə üzərində 1976-ci ildə müstəqilliyini elan edən Səhravi Ərəb Demokratik Respublikasının bu elanı Mərakeş tərəfindən qəbul edilmədi. Bölgəyə qonşu ölkələr şimalda Mərakeş, şimal-şərqdə Əlcəzair, şərq və cənubda Mavritaniyadır. Bölgənin qərbində Atlantik okeanı yerləşir.

Qərbi Sahara
ing. Western Sahara[1]
isp. Sahara Occidental[1]
isp. Sáhara Occidental[2]
ərəb. الصحراء الغربية[1]
fr. Sahara occidental[1]
Paytaxt Əl Əyun (keçici olaraq Tifariti)
İdarəetmə forması Tək partiyalı dövlət
Prezident İbrahim Qəli
Baş nazir Abdulkader Talib Umar
Sahəsi Dünyada 83-cü
  Ümumi 266.000 km²
Əhalisi
  Əhali 100,000 (SƏDR) nəfər (182-ci)
  Sıxlıq 1.9 nəf./km² (236-cı)
İnternet domeni .eh
ISO kodu EH
Telefon kodu +212
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya

Bölgənin cəmi sahib olduğu 2.049 km sərhədin 41 km-i Əlcəzair , 1.564 km-i Mavritaniya və 444 km-i isə bölgənin üçdə ikisini ilhaq edərək əlində saxlayan Mərakeşilədir. Bundan başqa ölkənin Atlantik okeanı ilə 1.110 km-lik sahil xətti də var. Cəmdə 266.000 km² bir sahəyə sahib olsa da, bunun yalnız 50.000 km² nəzarət edə bilir. Qərbi Səhrada sahildən içərilərə doğru irəlilədikcə yüksəkliklər 400 m-yə çatır. Bölgənin ən yüksək nöqtəsi Əlcəzair ilə sərhədinə yaxın mövqedə yerləşən və hər hansı bir adı olmayan 805 m-lik nöqtədir.

Əhali

100,000 (SƏDR) 502,585 (Qərbi Səhra (Mərakeşdə))

Mərakeşin nəzarətində olan bölgə
Qərbi Səhra (nəzarət bölgələri)

Həmçinin bax

2020-ci il 14 noyabr tarixində Mərakeş Qərbi Səhranı (SƏDR) birləşdirmək üçün hərbi əməliyyata başlayıb


  1. UNESCO Thesaurus (fr.). 1977.
  2. Real Academia Española, Asociación de Academias de la Lengua Española Diccionario panhispánico de dudas (isp.).
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.