Qərbi Roma İmperiyasının süqutu

Qərbi Roma İmperiyasının süqutu (Roma İmperiyasının süqutu, Romanın süqutu) — Qərbi Roma İmperiyasının uzun sürən tənəzzül prosesi. Bunun nəticəsində dövlət öz geniş ərazisini idarə edə bilməmiş və mövcudluğunu dayandırmışdır. 455-ci ildə Roma vandallar tərəfindən tutuldu və 476-cı il sentyabrın 4-də federatların lideri Odoakr Qərbi Roma İmperiyasının sonuncu imperatoru Romul Avqustu devirdi . Beləliklə, çoxəsrlik qədim Roma dövləti süqut etdi və Roma tarixində antik dövr başa çatdı.[1]

  1. Diamond, Jared. Collapse. Penguin Books. 2011. 13–14. ISBN 978-0-14-311700-1.
Azyaşlı Qərbi Roma imperatoru Romul Avqust 476-cı ildə taxtdan salındı. Bununla belə, Yuli Nepot titullu imperator olaraq qalmaqda davam etmişdir.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.