Qərbi Macarıstan Universiteti
Qərbi Macarıstan Universiteti (mac. Nyugat-magyarországi Egyetem, NYME) — Macarıstanın Şopron şəhərində yerləşən ali təhsil müəssisəsi.
Qərbi Macarıstan Universiteti | |
---|---|
Soproni Egyetem | |
47°40′49″ şm. e. 16°34′38″ ş. u. | |
Əsası qoyulub | 22 iyun 1735[1] |
Tip | Dövlət |
Şəhər | Şopron şəhəri |
Ölkə | |
Sayt | uni-sopron.hu |
Vikianbarda əlaqəli mediafayllar |
Fakültələri
Universitetin 6 fakültəsi var.
- Benedek Elek Pedaqoji fakültəsi
- İncəsənət fakültəsi
- İqtisadiyyat fakültəsi
- Meşəçilik fakültəsi
- Təbiət elmləri fakültəsi
- Ağac sənayesi fakültəsi
Beynəlxalq əlaqələri
Qərbi Macarıstan Universiteti dünyanın müxtəlif ölkələrinin 250-dən çox xarici ali təhsil və elmi-tədqiqat institutları ilə beynəlxalq əlaqələrə malikdir. Bu qurumlardan 205-i Avropada, 45-i isə digər qitələrdə yerləşir. Bu əməkdaşlıqlara həmçinin tələbə mübadiləsi də daxildir. Bağlanmış beynəlxalq müqavilələr, Boloniya prosesinə uyğun olaraq, universitet tələbələrinin xaricdə məlumat əldə etməsini, digər ölkələrin mədəniyyətlərini öyrənməsini və xarici dil biliklərinin inkişaf etdirməsini mümkün etməkdədir. 2009/10 tədris ilində 122 tələbə ümumilikdə 524 ay ərzində xaricdə təhsil almış və ya işlə bağlı təcrübələr keçmişdir[2].
Həmçinin bax
İstinadlar
- The years of establishment (1735-1808-1846) Arxivləşdirilib 2017-05-27 at the Wayback Machine. uniwest.hu
- "International Affairs" (ingilis). uniwest.hu. 2021-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
Xarici keçidlər
- uniwest.hu — Qərbi Macarıstan Universitetinin rəsmi saytı