Qərbi Folklend
Qərbi Folklend (ing. West Falkland, isp. Isla Gran Malvina) — Folklend adaları arxipelaqının tərkibinə daxil olan ada. Atlantik okeanın cənubunda yerləşir. Şərqi Folklend adasından sonra arxipelaqın ikinci böyük adasıdır. Şərqi Folklend adasından Folklend boğazı vastəsi ilə ayrılır. Adalara Argentina iddia edir
Qərbi Folklend adası | |
---|---|
ing. West Falkland, isp. Isla Gran Malvina | |
Ümumi məlumatlar | |
Sahəsi | 4532 km² |
Hündür nöqtəsi | 700 m |
Əhalisi | 127 nəfər (2006-cı il) |
Yerləşməsi | |
51°47′51″ c. e. 60°07′55″ q. u. | |
Ölkələr | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Qərbi Folklend adasının sahəsi 4532 km²; sahil xətdinin uzunluğu 1258,7 km təşkil edir[1].
Şərq hissəsi təpəlikdir. Burada Hornbi dağları şimaldan cənuba doğru uzanır. Ən hündür nöqtəsi 700 metr yüksəkliyə malik Adəm dağıdır[2]. İkinci hündür nöqtəsi Robinson dağıdır (695 m). İri çayları: Uarra və Çartres.
Adada pinqvin koloniyaları və digər dəniz quşları yaşayır.
Əhali və iqtisadiyyat
2006-cı il məlumatına görə adada 127 nəfər insan yaşayır[3] (2001-ci ildə 144 nəfər). Ən iri yaşayış məntəqəsi Port-Hovarddır, adanın şərqində yerləşir. İkinci yaşayış məntəqəsi Foks-Bey olaraq eyni adlı körfəzin sahində, adanın isə cənub-qərbində yerləşir. Adanın iqtisadiyyatının əsasını qoyunçuluq təşkil edir.
İstinadlar
- "Inventory of European data sources relevant for coastal erosion assessment in Europe (page 122)". European Commission. 2002. 2012-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 July 2010. The source uses metric units.
- "Falklands.info Geography". web page. 2012-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2010.
- "Falkland Islands Census Statistics, 2006" (PDF). 2010-12-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-07-14.