Qərb qorillası

Qərb qorillası (lat. Gorilla gorilla) — primatlar dəstəsinə, qorillalar (Gorilla) cinsinə daxil olan növ.

Qərb qorillası
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qərb qorillası
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  573080
NCBI  9593
EOL  326447
FW  231497

Təsnifat

Qərb qorillası iki yarımnövə bölünür:

Xarici görünüş

Qərb qorillaları Şərq qorillalarına nisbətdə nisbətən həcmcə kiçik və görünüş baxımından açıq rəngdə olurlar. Sifətləri qəhvəyi-sarı və ya boz-sarı rəngdə olurlar. Quyruqlarının olmaması ilə seçilirlər. Qulaq və gözləri kiçik olur. Xəz demək olar ki, üz, pəncə və ayaq nahiyyələri istisna olaraq bütün bədəni örtür. Tükləri tünd rəngə sabibdir. Bel nahiyyəsində yaş artdıqca tüklər tökülür. Xəzi anadan gəlmə parlaq qara rəngdə olur. İri barmaq və dırnaqlara sahib olurlar. Onlar tez-tez ayaq üstə dursalar da, dörd ətrafı üzərində gəzirlər.

Erkəklər 160–170 sm, dişilər isə 120–140 sm uzunluğa, müvafiq olaraq erkəklər 140–160 kq, dişilər 60–80 kq çəkiyə sahib olurlar. Qərb qorillaları öz cinsinin həcm və çəkiçə ən kiçik nümayəndəsidirlər. Çay qorillaları baş və dişinin quruluşu, boyunun 10–15 sm uzun olmasına və çəkisinin 20–35 kq artıq olmasına görə fərqlənirlər.

Davranış

Qərb qorillasının kəlləsi

Qərb qorillaları 2–20 başdan ibarət olan qruplardan ibarət olurlar. Qrupa bir erkək, bir neçə dişi və onların balaları daxil olur. Balalar ailəni yetkinlik yaşına çatdıqda tərk edir.

Dişilər qrupu çütləşmə dönəmində tərk edir. Çoxalmağa 8–9 yaşlarında qadir olurlar. Boğazlıq 250–270 gün davam edir. 1 bala doğulur. Balalara baxış 3–4 il davam edir. Hər doğuşdan kifayət qədər vaxt otür. Bu da populyasiyanın artımındakı fərqdən aydın görmək mümündür. Təbii şəraitdə 40, qapalı şəraitdə isə 50 il yaşayırlar.

Qərb qorillaları ən çox meyvə yeyirlər. Qida arxasınca 4 km məsafəni qət edə bilirlər. Qidalanma arealı 30 km² təşkil edir. Şərq qorillalarından fərqli olaraq bu ərazini güçlü şəkildə qoruyurlar.

Qorillalar "əmək alətlərindən"[3] istifadə etmək bacarığına sahibdirlər.

Yayılması

Qərb qorillaları Kamerun, Ekvatorial Qvineya, Qabon, Nigeriya, Konqo Respublikası, Anqola və böyük ehtimalla Konqo Demokratik Respublikası ərazisində yayılmışdır.

Alçaq tropik meşələrdə, sıx bitki örtüyünə malik ərazilərdə yaşayırlar.

Qorunma statusu

Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi növü Son həddə çatmış olaraq qiymətləndirir. 1992–2007[4]-ci illər ərzində Ebola virusundan qorillaların üçdə biri məhv olmuşdur. Brakonerlik, meşələrin qırılması, region ölkələrində siyasi sabitliyin olmaması, müharibələr oların sayına təsir göstərir. 1980-ci illərdə Ekvatorial Afrikada 100 000 baş[5] qorilla yaşayırdı. Harırda isə sayları 50 000 başa qədər azalmışdır. 2006–2007-ci illər araşdırması göstərir ki, Konqo Respublikası ərazisində yerləşən Tele gölü ətrafında 100 000 qərb qorillası yaşayır. Onların ümumi sayı 150 000–200 000 baş olması ehtimal edilir.

Çay qorillalarının sayı isə 280 başdır. Onlar əsasən 11 nöqtədə cəmləşmişlər. İki yarımnövün arealını 250 kilometrlik məsafə ayırır. Bu yarımnövün qorunması üçün çalışmalar 2007-ci ildən başladılmışdır[6]. Kamerun hökuməti bu məqsədlə Nigeriya ilə sərhəddə milli park təşkil etmişdir. Parkda 115 çay qorillası yaşayır[7].

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 2000.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. "«First Observation of Tool Use in Wild Gorillas»" (ingilis). 1 октября 2005. 2012-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-07.
  4. "«Planet Of No Apes? Experts Warn It's Close»" (ingilis). 12 сентября 2009. 2012-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-07.
  5. "«More than 100,000 rare gorillas found in Congo»" (ingilis). 5 августа 2008. 2012-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-07.
  6. "«Regional Action Plan for the Conservation of the Cross River Gorilla»" (pdf) (ingilis). 2012-07-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-01-07.
  7. "«New National Park Protects World's Rarest Gorilla »" (ingilis). 2012-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-07.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.