Qərb gölü

Qərb gölü (çincə. 西湖) — Çinin Hanqzhou şəhərində göl. Göl üç cığır yolu ilə beş bölməyə ayrılmışdır. Göldə çox sayda məbəd, paqoda, bağça və süni adalar var.

Qərb gölü
西湖
西湖
Göl mənzərəsi
Göl mənzərəsi
Ümumi məlumatlar
Eni 2,8 km
Uzunluğu 15 km
Sahil uzunluğu 15 km
Sahəsi 6,5 km²
Orta dərinliyi 2.27 m
Yerləşməsi
30°14′15″ şm. e. 120°08′27″ ş. u.
Ölkə  ÇXR
Qərb gölü西湖 xəritədə
Qərb gölü西湖
Qərb gölü
西湖
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qərb gölü təbii gözəlliyi və tarixi əsərləri ilə Çin tarixi boyunca şairrəssamları təsirləndirmiş və Çin bağça dizaynerləri üçün ən vacib ilham qaynağı olmuşdur.[1] 2011-ci ildə UNESCO dünya irsi siyahısına daxil edilmişdir.[2]

Tarixi

Gölün köhnə adı Ulinshui olub. Daha sonra, göl tarixdə müxtəlif adlarla bilinirdi, ancaq ən çox bu adlardan istifadə olunurdu: Qiantanq (əvvəllər Hanqzhou şəhərinə "Qiantanq" deyilirdi) və Xihu (yəni "Qərb gölü". Hanqzhounun qərbində göl). "Xihu" adı ilk dəfə Bo Juyinin iki şeirində ortaya çıxdı. O vaxtdan bəri şairlər və yazıçılar çox vaxt bu addan istifadə etməyə başladılar və "Qiantanqhu" adı yavaş-yavaş unuduldu.

Xihu cənub sahili təmir layihəsi

2002-ci ilin fevral ayından oktyabr ayına qədər, Xihu gölünün cənub sahilində əhaliyə açıq park inşa edildi. 2002-ci il oktyabrın 25-də, 78 il bundan öncə çökən Leifenq pagodasının yerində 71,7 m hündürlüyündə yeni paqoda tikildi.

Təbiət

Təbiət örtüyü

Xihu gölü ətrafında ilin fərqli zamanlarında çiçək açan müxtəlif bitkilər yetişir: sakura, ətirli osmantus və b.

Osmantus

Osmantus Hanqzhou şəhərinin simvoludur. Gölün ətrafındakı parklarda müxtəlif növlərdə Osmantus yetişir. Çiçəklənmə dövrləri sentyabr ayının əvvəlindən noyabr ayının əvvəlinə qədər davam edər.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.