Qərb Konfransı (NBA)
Qərb Konfransı Amerika peşəkar basketbol liqası olan NBA-də yer alan iki konfransdan (bölgə) biridir. Konfransda 5 basketbol klubundan ibarət 3 qrup mövcuddur. Hər klub öz qrupundakı klublarla 4 dəfə qarşılaşır. Klublar, öz konfransında yer alan lakin öz qruplarında yer almayan klublarla ümumilikdə 36 oyuna çıxırlar ki, buda hər klubla bir öncəki mövsümdə sərgilədikləri güc göstəricisinə görə 3 və ya 4 oyun edir. Öz konfranslarında olmayan klublarla isə 2 oyuna çıxırlar və ümumilikdə hər klub normal mövsümdə 82 oyun keçirir.
Normal mövsümün sonunda konfranslarındakı 15 klubdan ilk 8-ə girən klublar pleyofflara yüksəlir. Pleyoflarda cütləşən klublar ard-arda bir neçə oyun keçirirlər və 4 qalibiyyətə çatan tərəf bir üst tura yüksəlir. Bu formata görə ev sahibi üstünlüyünə sahib klub, seriyanın 7 oyuna uzandığını düşünərsək 1, 2, 5, və 7-ci oyunları, digər klub isə 3, 4, və 6-cı oyunları öz meydanında keçirir.
Şərq və Qərb konfranslarında 30 klubun mübarizə apardığı NBA-də normal mövsümdə ümumilikdə 1230 oyun baş tutur.
Liqa | Milli Basketbol Asossasiyası |
---|---|
İdman sahəsi | Basketbol |
Əvvəlki adı | Western Division (1946–1970) |
Yaranıb | 1946 |
Üzv olanlar | |
Üzv olan komandaların sayı | 15 |
Çempionlar | |
Ən son Qərb Konfransı (NBA) çempionu | Qolden Steyt Uorriorz (5 dəfə) |
Ən çox Qərb Konfransı (NBA) çempion olan komandası | Los-Anceles Leykers (31 dəfə) |
Hazırkı cədvər
Qərb Konfransı | ||||||
---|---|---|---|---|---|---|
# | Klub | Q | M | Q-% | OG | OS |
1 | Los-Anceles Klippers * | 9 | 1 | .900 | – | 10 |
2 | Qolden Steyt Uorriorz * | 8 | 2 | .800 | 1.0 | 10 |
3 | San-Antonio Spörs * | 7 | 3 | .700 | 2.0 | 10 |
4 | Portlənd Treyl Bleyzers | 7 | 4 | .636 | 2.5 | 11 |
5 | Yuta Caz | 7 | 4 | .636 | 2.5 | 11 |
6 | Oklahoma-Siti Tander | 6 | 4 | .600 | 3.0 | 10 |
7 | Hyuston Rokets | 5 | 4 | .556 | 3.5 | 9 |
8 | Los-Anceles Leykers | 6 | 5 | .545 | 3.5 | 11 |
9 | Memfis Qrizzlis | 4 | 5 | .444 | 4.5 | 9 |
10 | Sakramento Kinqz | 4 | 7 | .364 | 5.5 | 11 |
11 | Minnesota Timbervulvz | 3 | 6 | .333 | 5.5 | 9 |
12 | Denver Naqqets | 3 | 7 | .300 | 6.0 | 10 |
13 | Foniks Sans | 3 | 8 | .273 | 6.5 | 11 |
14 | Dallas Maveriks | 2 | 6 | .250 | 6.0 | 8 |
15 | Nyu-Orlean Pelikans | 1 | 9 | .100 | 8.0 | 10 |