Qənirə Ataşova
Qənirə Ataşova (14 dekabr 1979, Aşağı Surra) — jurnalist, ssenari müəllifi, ANS TV-nin ABŞ-dakı bürosunun rəhbəri (2015).
Qənirə Ataşova | |
---|---|
Doğum tarixi | 14 dekabr 1979 (44 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | jurnalist |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Qənirə Ataşova 1979-cu il dekabrın 14-də Neftçala rayonun Aşağı Surra kəndində anadan olub. 1996-cı ildə orta məktəbi bitirərək elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə jurnalistikaya böyük maraq göstərib. Məhz bu maraq sayəsində ANS-də işləmək şansı əldə edib. ANS-ə işə qəbul olunduqdan sonra isə jurnalist dərslərini burda alıb. Stajçı müxbir kimi işə başlayan Qənirə Ataşova bu kanalda baş aparıcı-redaktor vəzifəsinədək yüksəlib.
Müxtəlif vaxtlarda dövrünün tarixi hadisələrində jurnalist kimi fəal iştirak edib. ANS-də "80 kilometr yerin altı ilə" filmini hazırlayıb, "Nəzər nöqtəsi" və "Xəbərçi" proqramlarında aparıcılıq edib. Hazırda "Xəbərçi" informasiya proqramında çalışır.
2013–2015-ci illərdə ANS-in baş redaktoru vəzifəsində çalışıb[1]. 2015-ci ildə ANS-in ABŞ-dakı bürosuna növbəti bir il üçün rəhbər təyin olunub.[2]
Ailəlidir. Fərhad və Ceyhun adlı iki oğlu var. Onun Fətullah Güləndən müsahibəsinə görə ANS TV 2016-ci ildə dövlət tərəfindən bağlanılmışdı, özünə isə Azərbaycanı tərk etməyə müvəqqəti qadağa qoyulmuşdu.
2017-ci ildə təhsil almaq üçün ABŞ-yə köçüb və 2019-cu ilin sonunda orada Qrin kard əldə edib[3]. 2020-ci ildən Gunaz tv-nin Vaşinqton nümayəndəliyində çalışıb. ABŞ-da, paytaxt Vaşinqtonda yerləşən "Bay Atlantic University"də MBA təhsilini tamamlayaraq İnformasiya Texnologiyaları sahəsində işə başlayıb. Hazırda IT şirkətlərdən birində kompüter mühəndisi kimi çalışır.[4]
Mükafatları
- 22.07.2013 — Həsən bəy Zərdabi mükafatı
Filmoqrafiya
- 80 kilometr yerin altı ilə (film, 2002) (qısametrajlı sənədli film) (ANS tv)
- Apreldən əvvəl may... Azərbaycan Xalq Cümhuriyyəti (film, 2001)
Həmçinin bax
İstinadlar
- Qənirə Ataşovanın vəzifəsi böyüdü
- "Qənirə Ataşova aparıcılıqdan getdi". 2015-09-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-22.
- Qənirə Ataşova: "Amerika bir okeandır, mən də dərin sularda üzmək istəyən balıq…" Arxivləşdirilib 2018-12-28 at the Wayback Machine moderator.az, 27.12.2018 (az.)
- GünAz TV-nin rəsmi Vaşinqton nümayəndəliyi öz işinə başlayıb