Qənbərəli bəy Bənəniyarski
Qənbərəli bəy Bənəniyarski (1890, Bənəniyar, Naxçıvan qəzası – 29 noyabr 1937) — Araz Türk Cümhuriyyətinin maliyyə naziri.
Qənbərəli bəy Bənəniyarski | |
---|---|
Qənbərəli Şirəli oğlu Bənənyarski | |
3 noyabr 1918 – ? | |
Əvvəlki | vəzifə ləğv olundu |
Sonrakı | vəzifə təsis olundu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1890 |
Doğum yeri | |
Vəfat tarixi | 29 noyabr 1937 |
Fəaliyyəti | hərbi qulluqçu |
Həyatı
Qənbərəli bəy Şirəli bəy oğlu Bənəniyarski 1890-cı ildə Naxçıvan yaxınlığındakı Bənəniyar kəndində anadan olmuşdur. Naxçıvan xanlığına aid sənədlərdə onun ulu babaları Bənəniyarlı kimi qeyd olunublar. Naxçıvan, İrəvan və Gəncə gimnaziyalarında təhsil alan Qənbərəli bəy sonralar Rusiyada ali təhsil almışdır. Universitet təhsili alan Qənbərəli bəy Naxçıvana hüquqşünas kimi qayıtmışdır.[1]
Sovet dövrü
Naxçıvanda sovet hökuməti qurulduqdan – 1922-ci ildən sonra Qənbərəli bəy məcburən Bakıya köçmüşdür. İnqilab Komitəsinə rəhbərlik edən bolşeviklər Naxçıvanın ziyalılarını, hərbçilərini həbs edir və sürgünə göndərirdilər. Qənbərəli bəy də onlar kimi təqib edilir, siyasi idarənin xüsusi şöbəsinə sorğu-suala çağırılırdı.[1]
O, milyonçu Məşədi Heydər Nəsirbəyovun qızı Zəhra xanım ilə ailə qurduğundan Naxçıvandan tez köçməsini tələb etmişdilər.[1]
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivinin sənədlərinə görə 29 noyabr 1937-ci ildə güllələnmişdir[1]
Siyasi fəaliyyəti
3 noyabr 1918-ci il tarixində İbrahim bəy Cahangirzadə rəhbərliyində təşkil olunan Araz Türk Cümhuriyyəti Nazirlər Şurasında maliyyə naziri postunu tutmuşdur.[1]
İstinadlar
- "Arxivlənmiş surət". 2019-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.