Qəmərvan
Qəmərvan — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Qəmərvan | |
---|---|
41°03′47″ şm. e. 47°47′31″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Qəbələ rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.144 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1944 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ3619[1] |
|
Tarixi
Qəmərvan mərkəzdən 18 km. şimal-qərbdə Bum çayının (Türyan çayının qolu) sol sahilində, Baş Qafqaz silsiləsinin yamacında salınmış bu kəndin təbiəti kimi insanları da mehriban, gülər üzlü, qonaqsevərdirlər.[2] Bu kəndin tarixi XIX əsrin ortalarından başlayır. Dağıstanda yaşayan ləzgilərin bu zonada yaylaqları olmuş və onların müəyyən bir hissəsi oturaq hala keçərək bu kəndi yaratmışlar. Rayonun digər yerlərindən fərqi odur ki, bu kənd müasir gündə də köçəridir. Qoyunçuluğun artımı olan yerlərdə var-dövlət də çox olur. Kənd camaatı yerli turistlərdən də gəlir götürür. Ecazkar görünüşü olduğundan ilin bütün fəsillərində kəndin qonaqları olur. Yayı kimi qışı da mözücə olan bu diyarı şəhərlilər çox xoşladığından kənd evlərini kirayələyirlər. Kəndin yolu yüksək səviyyədədir.[2] Burada müalicəvi təbii isti su var.
Toponimikası
Qəmərvan oyk., sadə. Qəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd. Bum çayının (Tüıyan çayının qolu) sol sahilində, Baş Qafqaz silsiləsinin yamacmdadır. Kəndin ərazisi Dağıstandan gəlmiş ləzgi ailələrinin qışlaq yeri olmuşdur. Həmin ərazi üstündə Bum kəndinin əhalisi ilə münaqişəni rus general Komarov ləzgilərin xeyrinə həll etmiş və orada məskunlaşmalarına icazə vermişdir. Bundan sonra ləzgilər kəndi generalın familiyası ilə Qəmərovanxür (Komarov kəndi) adlandır¬mışlar. Sonralar xür (kənd) sözü düşmüşdür. Kəndin məscidindəki kitabədə yazılmışdır ki, Qəməriyyə adlanan bu kənd hicri 1293 (yəni 1876) ildə salınmışdır.[3]
Din
Kənddə Qəmərvan kənd məscidi dini icması fəaliyyət göstərir[4].
Əhalisi
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1944 nəfər əhali yaşayır.[5]
Tanınmış şəxsləri
- Əşrəf Əlimirzəyev — Sosialist Əməyi Qəhrəmanı (1966).
- Xalid Əlimirzəyev
- Ağaşirin Babayev — Vətən müharibəsi şəhidi
Həmçinin bax
Xarici keçidlər
- İnzibati Ərazi Vahidləri Arxivləşdirilib 2017-07-29 at the Wayback Machine
İstinadlar
- Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- MÜSƏLMAN DİNİ İCMALAR - 2011-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629