Qəmər Topuriya

Qəmər Topuriya (əsl adı: Tamara Vissarionovna Topuriya; 15 avqust 1902, Tiflis3 iyun 1947, Bakı) — Azərbaycan-sovet teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1943).

Qəmər Topuriya
Doğum adı Tamara Vissarionovna Topuriya
Doğum tarixi
Doğum yeri Tiflis, Tiflis quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi (44 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti gürcü
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
SSRİ SSRİ
Fəaliyyəti teatr aktrisası
Fəaliyyət illəri 1917–1947
Teatr Tiflis Dövlət Azərbaycan Dram Teatrı;
Azərbaycan Dram Teatrı
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1943
"Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Qəmər Topuriya 15 avqust 1902-ci ildə Tiflisin Şeytanbazar adlı məhəlləsində anadan olub. Qonşuları azərbaycanlı ailəli olduğuna görə Azərbaycan türkcəsində danışa bilirdi. Rus dilində beş sinif həcmində təhsil alıb.[1]

Əsl adı Tamara Vissarionovna Topuriya olan Qəmər xanım milliyyətcə gürcü olmuşdur. "Qəmər" onun təxəllüsüdür və səhnəyə çıxmasının ikinci ilindən tamaşaların proqramlarında adı belə (soyadsız) yazılıb. Aktrisalıq fəaliyyətinin dördüncü ilindən həm "Qəmər xanım", həm də "Qəmər Topuriya" imzaları ilə çıxış edib. Bəzi proqramlarda "Şəms Qəmər" kimi təqdim olunub.[1] İlk dəfə dəfə 1917-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" tamaşasında "Qulluqçu" obrazında səhnəyə çıxmışdır.[2]

O, 1918–1920-ci illərdə Tiflisdə və Bakıda müxtəlif truppaların hazırladıqları tamaşalarda, 1922–1925-ci illərdə Tiflis Dövlət Azərbaycan Teatrında işləyib. 1925-ci ilin əvvəllərində Bakıya dəvət olunan Qəmər Topuriya ömrünün sonunadək Azərbaycan Dram Teatrında aktrisalıq etmişdir.[2]

17 iyun 1943-cü ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına layiq görülmüşdür.

Qəmər Topuriya uzun sürən xəstəlikdən sonra 3 iyun 1947-ci ildə Bakıda vəfat etmişdir.[3][4]

Təltif və mükafatları

İfa etdiyi əsas rollar

İstinadlar

  1. İlham Rəhimli. Qəmər Topuriya // Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. səh. 201–202. ISBN 978-9952-8021-9-1.
  2. Rəhimli, İ. Azərbaycan Teatr Tarixi (dərslik). Bakı: Çaşıoğlu. 2005. səh. 141.
  3. Гәмәр ханым // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: ГајыбовЕлдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 135–136.
  4. Гәмәр Топурия // Коммунист. № 108 (7549). 4 июн 1947-ҹи ил. С. 4.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.