Qəmər Məmmədova

Qəmər Məmmədova (tam adı: Qəmər Məlik qızı Məmmədova; d. 10 sentyabr 1954) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2000), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2013).

Qəmər Məmmədova
Qəmər Məlik qızı Məmmədova
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktrisa
Təhsili Azərbaycan Dövlət İncəsənət İnstitutu
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı

Həyatı

10 sentyabr 1954-cü ildə Bakıda doğulub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1975-79-cu illərdə Şəki Dövlət Dram teatrında, 1979-cu ildən İncəsənət İnstitutunun nəzdində Tədris teatrında aktrisa vəzifələrində işləyib. 1983-cü ildə Şəki Dövlət Dram Teatrına qayıdıb 2002-ci ilə kimi aktrisa vəzifəsində çalışıb. 2002-ci ildən Azərbaycan Dövlət Gənclər teatrında aktrisa vəzifəsində çalışıb. Azərb.Döv.Mədəniyyət və İncsənət Universitetinin müəllimidir. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub. 2013-cü ilin dekabr ayının 10-da Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşdür.

Əsas rolları:

  1. Sara xatun - («Sara xatun», N.Cəfərli)
  2. Nazlı - («Qarışqa yuvası», Ə.Qiyas)
  3. Güllü - («Vicdanın hökmü», H.Mirələmov)
  4. Sevgili - («Generalın son əmri», V.Səmədoğlu)
  5. I qadın - («Labirint», E.Hüseynbəyli)
  6. Anaxanım - («Axırı sakitlikdir», E.Hüseynbəyli)
  7. Hosuil Emmi - («IV Kin», Q.Qorin)
  8. İolanka - («Gecə soyğunçuları», M.Mitroviç)
  9. Gövhər xanım - («Məhv olmuş gündəliklər», İ.Əfəndiyev)
  10. Marianna – («Tədbirə qarşı tədbir», V.Şekspir)
  11. Madam Perye – («Haray», Z.Ağayev)
  12. Qadın – («İmperator», E.Hüseynbəyli)
  13. Kərbəlayı Qubadın arvadı – («Ər və arvad», Ü.Hacıbəyov)
  14. Anaxanım – («Əbləhlərin toyu», R.Əlizadə)
  15. Zibeydə – («Başsız meyid», H.Qəmbər)
  16. Nina – («Şeyx Sənan», H.Cavid)
  17. Missis Man – («Oliver Tvistin macəraları» Ç.Dikkens»
  18. Qarı nənə – («Göyçək Fatma» Azərbaycan Xalq nağılı)
  19. Sədəf qarı – («Əcəl atı» V.Əlixanlı)
  20. Qətibə müəllimə («Mən səni sevirəm – M.S.S» Ə.Əmirli)
  21. Nağılçı nənə – («Dörd əkizin nağılı» P.Pançev)
  22. Ceyran - (“Sarıköynəklə Valehin nağılı” İ.Əfəndiyev)

Filmoqrafiya

  1. O dünyadan salam (film, 1991)
  2. Həm ziyarət, həm ticarət... (film, 1995)
  3. Yalan (film, 2005)
  4. Cavad xan (film, 2009)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.